İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Qısa tarixi məlumat:

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlər 1994-cü il oktyabr ayının 7-də qurulmuşdur.

“Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol”: 7 oktyabr 1994-cü il.

Azərbaycan Prezidentinin 01 sentyabr 2004-cü il tarixli, 371 saylı Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Küveytdə Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

2006-cı ilin aprel ayında Küveyt Dövləti iqamətgahı Bakıda olmaqla Səfirliyin açılmasına dair qərar qəbul etmişdir və bu vəzifəyə Fəhd Saad Əl-Meyinin namizədliyi irəli sürülmüşdür. 2006-cı ilin 14 dekabr tarixində Küveyt səfiri etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

 

İkitərəfli əməkdaşlığın müqavilə-hüquq bazası:

2015-ci il yanvar ayının 1-nə qədər ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə etməklə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında aşağıda qeyd olunan 20 sənəd imzalanmışdır:

  1.  “Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol”: 7 oktyabr 1994-cü il.
     
  2. 2003-cü il iyun ayının 3, “Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında  Qüvvələrin Statusu haqqında Saziş”.
     
  3.   “Azərbaycan Respublikası ilə Küveytin “Ərəb İqtisadi İnkişaf Fondu” arasında Ələt-Qazıməmməd yüksək sürətli yolunun bərpası üçün kreditin ayrılması haqqında Saziş”: Bakı şəhəri, 15 may 1997-ci il.
     
  4. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Küveyt Dövləti Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”: Əl-Küveyt şəhəri, 21 yanvar 2007-ci il.
     
  5. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  6. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  7. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  8. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişi”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  9. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  10.  “Azərbaycanın Dövlət Teleqraf Agentliyi ilə Küveyt Xəbərlər Agentliyi arasında əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, sentyabr 2009-cu il.
     
  11. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Ailə, qadın və uşaq problemləri sahəsində əməkdaşlığa dair Saziş”: Əl-Küveyt şəhəri, 26 yanvar 2010-cu il.
     
  12.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 16 aprel 2010-cu il.
     
  13.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
     
  14.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
     
  15.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
     
  16.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ikinci iclasının Protokolu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  17.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  18. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  19. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Küveyt Dövləti Xarici İşlər Nazirliyinin Saud  N.Əl-Sabah adına Diplomatik İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  20.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
  21. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş” ( 16 noyabr 2016-cı ildə Bakıda imzalanmışdır).


 

 İkitərəfli əməkdaşlığın digər sahələri:

         İmzalanmış sənədlər:

  1. 2003-cü il iyun ayının 3, “Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında  Qüvvələrin Statusu haqqında Saziş”.
     
  2.  “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
     
  3.  “Azərbaycanın Dövlət Teleqraf Agentliyi ilə Küveyt Xəbərlər Agentliyi arasında əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, sentyabr 2009-cu il.
     
  4. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Ailə, qadın və uşaq problemləri sahəsində əməkdaşlığa dair Saziş”: Əl-Küveyt şəhəri, 26 yanvar 2010-cu il.
     
  5.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 16 aprel 2010-cu il.
     
  6.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  7. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Küveyt Dövləti Xarici İşlər Nazirliyinin Saud N.Əl-Sabah adına Diplomatik İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  8.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.

  

Əsas yüksək səviyyəli səfərlər və görüşlər

2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur.

Səfər zamanı aşağıdakı sənədlər imzalanmışdır:

1.“Əməkdaşlığa dair Müştərək Komissiyanın yaradılması haqqında saziş”i Azərbaycan tərəfdən Xarici İşlər Naziri Elmar Məmmədyarov, Küveyt tərəfdən Baş nazirin müavini və Xarici Işlər Naziri Məhəmməd Sabah əl-Səlim əs-Sabah,

2. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”i Azərbaycan tərəfdən Iqtisadi Inkişaf Naziri Şahin Mustafayev, Küveyt tərəfdən Maliyyə Naziri Mustafa Casim əl-Şimali,

3. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş”i Azərbaycan tərəfdən Vergilər Naziri Fazil Məmmədov, Küveyt tərəfdən Maliyyə Naziri Mustafa Casim əl-Şimali,

4. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət sazişi”ni Azərbaycan tərəfdən İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Küveyt tərəfdən Ticarət və Sənaye Naziri və Milli Məclis işləri üzrə Dövlət Naziri Əhməd Yaqub Bağır əl-Abdullah,

5. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi”ni Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Küveyt tərəfdən Ticarət və Sənaye Naziri və Milli Məclis işləri üzrə Dövlət Naziri Əhməd Yaqub Bağır əl-Abdullah imzaladılar.

17-21 aprel  2012-ci il Azərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətinə rəsmi səfər etmişdir.

13-14 fevral 2013-cü il Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının işində iştirak etmək üçün Küveyt Dövləti Baş nazirinin müavini, Xarici İşlər Naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı aşağıdakı sənədlər imzalanmışdır:

 

  1.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ikinci iclasının Protokolu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  2.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  3. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  4. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Küveyt Dövləti Xarici İşlər Nazirliyinin Saud N.Əl-Sabah adına Diplomatik İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
     
  5.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.

17-23 fevral 2013-cü il Küveyt Dövləti Mədəniyyət və Ədəbiyyat Ali Şurasının Baş Katibi Əli Əl-Yuhanın dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirinin müavini Ə.Vəliyev və “Üzeyir Hacıbəyli” adına Bakı Musiqi Akademiyasının Rektoru, xalq artisti F.Bədəlbəyli işgüzar səfərlə Küveyt Dövlətində olmuşlar.

23-24 aprel 2013-cü il Küveyt Dövlətinin Sosial Məsələlər və Əmək Naziri xanım Zikra Əl-Raşidi Bakı şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İslam Konfransının  II görüşünün işində iştirak etmək üçün Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

2013-cü ilin sentyabr ayı Küveyt Dövlətinin Ədliyyə Vəqflər və Dini məsələlər nazirinin müavini Adil Fəllah işgüzar səfərlə Azərbaycan Respublikasında olmuşdur. 

31 oktyabr-1 noyabr 2013-cü il III Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək üçün Küveytin “İslam Əsərləri” Fondunun (Dar Al-Athar Al-Islamiyyah) Baş Direktoru Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

3-7 dekabr 2013-cü il Küveyt Dövləti Qadın Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) Əl-Küveyt şəhərində keçirilən 6-cı toplantısının işində iştirak etmək üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım H.Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfərlə Küveyt Dövlətində olmuşdur.

2014-cü il mart ayının 9-14 tarixlərində  Küveytin nüfuzlu iş adamı, Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın qardaşı oğlu Şeyx Naser  Əl-Cabir  Əl-Əhməd Əl-Cabir Əl-Sabah Azərbaycanda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Küveytin nümayəndə heyəti AR-in İqtisadiyyat və Sənaye Naziri Ş.Mustafayev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“AZPROMO”) Prezidenti R.Məmmədov görüşlər keçirmişdir. 

2014-cü il may ayının 7-11 tarixlərində Küveyt Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının Vitse-prezidenti İsmail Abdullanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.

2014-cü il 8 may tarixində Küveyt Dövləti Vəqflər və İslam işləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri Adil Abdullah Əl-Fəlah Azərbaycanda səfərdə olmuşdur.

2014-cü ilin may ayının 19-22 tarixlərində millət vəkili, Azərbaycan-Küveyt  Parlamentlərarası İşçi qrupunun rəhbəri, yazıçı-publisist Hüseynbala Mirələmov müəllifi olduğu “İlham Əliyev-Bioqrafiya davam edir” kitabının təntənəli təqdimat mərasimində iştirak etmək məqsədilə Küveyt Dövlətində səfəri çərçivəsində Küveyt Dövləti Millət Məclisinin (Parlament) deputatı, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Saud Naşmi Əl-Harici ilə görüşmüşdür. Görüş zamanı parlamentlərarası münasibətlər müzakirə olunmuşdur.

2014-cü ilin 2-3 oktyabr tarixlərində Bakıda keçirilmiş “IV Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək üçün Küveyt İdeal Ailə və Ana Cəmiyyətinin prezidenti Şeyxə Fariha Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveyt Əlil İdmançılar Cəmiyyətinin Fəxri Prezidenti Şeyxə Şeyxə Əl-Abdulla Əl-Sabahın başçılıq etdiyi böyük nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynova ilə görüşmüş, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaq evini ziyarət etmişdir.

2014-cü il 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”da Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun dəvəti ilə  Küveyt Dövlətinin İnformasiya (eyni zamanda, İdman, Gənclər, Mədəniyyət məsələləri üzrə  Dövlət naziri) naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə 13 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

2014-cü ilin 5-6 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan  Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Beynəlxalq Teatr konfransında Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası Baş Katibinin müavini Məhəmməd Əl-Acmi iştirak etmişdir. Azərbaycana səfəri zamanı M.Əl-Acmini AR Mədənbiyyət və Turizm Naziri Ə.Qarayev qəbul etmişdir. Görüşdə müvafiq qurumlar arasında əməkdaşlıq haqqında fikir mübadilələri aparılmışdır.   

2014-cü il 18-19 noyabr tarixlərində Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyasında Küveyt Dövlətinin Rüşvətxorluğa Qarşı Dövlət Komitəsinin baş direktoru rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2014-cü il 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Direktor müavini Gülşən Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Küveyt Universitetinin Asiya Araşdırmalar Mərkəzi və SAM-ın birgə təşkilatçılığı ilə   "Azərbaycan və Küveyt əlaqələrində birgə məsələlər" mövzulu beynəlxalq konfransda iştirak etmək məqsədilə Küveyt Dövlətində səfərdə olmuşdur.

19-21 fevral 2015-ci il tarixlərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının  sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq Azərbaycan Respublikasına səfər etmişdir.

29 mart-1 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovun rəhbərliyi ilə AR nümayəndə heyəti Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə III Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak etmək üçün Küveyt Dövlətinə səfər etmişdir.

16 aprel 2015-ci il tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda  keçirilən beynəlxalq konfransda Küveytin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlah iştirak etmişdir.

30 aprel-2 may 2015-ci il tarixlərində Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupu Saud Əl-Hureycinin rəhbərliyi ilə Azərbaycan Respublikasına səfər etmişdir.

5 may 2015-ci il tarixində Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin baş direktoru Xalid Salah Al-Rayes Azərbaycanda səfərdə olub.

18-19 may 2015-ci il tarixlərində Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Küveyt Azərbaycan Parlamentlərarası dostluq qrupunu rəhbəri Saud Əl-Hureyci, Küveyt Xarici İşlər nazirliyinin  Xarici əlaqələr departamentinin direktoru Valid Abduləziz Əl-Ammar və Küveyt Dövləti Vəqflər və İslam İşləri Nazirliyinin xarici əlaqələr və Həcc məsələləri üzrə müavin Xalaif Mutaib Əl-Zainah iştirak etmişdir.  

18-21 may 2015-ci il tarixlərində Küveyt Dövləti Baş Mülki Aviasiya İdarəsinin rəisi Favaz Əl-Farahın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş” layihəsi müzakirə olunmuşdur.

27-28 may 2015-ci il  tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin 42-ci toplantısında iştirak etmək məqsədilə Küveyt Dövlətində səfərdə olmuşdur. Səfər zamanı E. Məmmədyarov Küveyt Dövləti Baş nazirin birinci müavini, Xarici İşlər naziri cənab Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahla görüşmüşdür.

12 iyun 2015-ci il tarixində Bakı şəhərində keçirilmiş  I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Küveyt Dövlətinin İnformasiya naziri, Gənclərlə iş üzrə Dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

23-27 noyabr 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 35-ci iclasında (23-24 noyabr 2015-ci il) və 12-ci Baş Konfransında (26-27 noyabr 2015-ci il) Küveyt Dövlətinin Təhsil və Ali təhsil nazirinin müavini Haitham Saleh Aalathar və Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Ahmad Al-Enezi iştirak etmişdir.

2017-ci ilin 16-17 may tarixlərində Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin Sədri xanım Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti “Küveyt Qadınları Günü” münasibətilə “Qadın – bəxş edən, quran” ünvanı altında keçirilən konfransda iştirak etmək məqsədilə Küveyt dövlətində səfərdə olmuşdur.

2017-ci ilin 16 sentyabr tarixində “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak etmək məqsədilə bu müsabiqənin qalibləri arasında olan Küveyt Universitetinin sosial elmlər fakültəsinin iki tələbəsi Ömər Xaled Həbib və Məhəmməd Mahmud Cərrah Azərbaycana səfər etmişlər.     

 

2017-ci ilin 1-8 noyabr tarixlərində Səfirliyin dəstəyi və Azərbaycanda fəaliyyət göstərən “Falkon Luxury Travel” turizm şirkətinin təşkilatçılığı ilə “Əl-Nahar” qəzetinin jurnalisti Samirə Freymiş ölkəmizin turizm potensialının Küveytdə təbliği məqsədilə Azərbaycana səfər etmişdir.

 

2018-ci  ilin 30 may tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların beşinci Forumunda iştirak etmək məqsədilə Küveyt Universitetinin professoru xanım Dr.Salva əl-Cəssar ölkəmizdə səfərdə olmuşdur.

2018-ci ilin 25-26 oktyabr tarixlərində VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş Direktoru və idarə heyətinin sədri, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Əl-Dueyc Əs-Sabah, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq ölkəmizdə səfərdə olmuşlar.

İkitərəfli əlaqələr

2016-cı ilin 5-6 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası ilə Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədi ilə Küveyt Dövlətində səfərdə olmuşdur. Səfər zamanı Ə.Qarayev Küveyt Dövlətinin İnformasiya Naziri, Gənclərlə İş üzrə Dövlət Naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüşmüşdür.

2016-cı ilin 27-30 sentyabr tarixlərində “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində Küveytin quru qoşunları komandiri General-mayor Xalid Əl-Sabahın rəhbərliyi ilə Küveyt nümayəndə heyəti iştirak etmişdir.

2016-cı ilin 16-18 noyabr tarixlərində  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanması məqsədilə Küveyt Mülki Aviasiya İdarəsinin Baş direktoru Yusif Süleyman Əl-Fouzanın rəhbərliyi ilə nümayəndə heyəti  Azərbaycanda səfərdə olmuş və qeyd olunan sənəd imzalanmışdır.

2016-cı ilin 16-17 noyabr tarixlərində  Bakıda keçirilmiş “Dünya Xəbər Agentliklərinin V Beynəlxalq Konqresi”ndə iştirak etmək üçün Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş Direktoru və idarə heyətinin sədri, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Əl-Dueyc Əs-Sabahın rəhbərliyi ilə Küveyt nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Küveyt nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. 

2017-ci ilin 16-17 mart tarixlərində Bakıda keçirilən “5-ci Bakı Qlobal Forumu”nda iştirak etmək üçün Küveyt Millət Məclisinin  (Parlamentin) üzvü Abdullah Fəhəd Əl-Ənəzi ölkəmizdə səfərdə olmuşdur. 

2017-ci ilin 10-12 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun dəvətinə əsasən, Küveyt Milli Olimpiya Komitəsinin Prezidenti Şeyx Fəhd Cabir Əl-Ali Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt idmançılarının 12-22 may tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi oyunlarında iştirakı ilə bağlı, həmçinin idman sahəsində məsul şəxslərə müştərək maraq kəsb edən məsələləri müzakirə etmək məqsədilə respublikamıza səfər etmişdir.

2017-ci ilin 12 aprel tarixində Bakıda keçirilmiş 4-cü Beynəlxalq “Caspian Energy Forum-2017”-də iştirak etmək üçün Küveyt Neft Şirkətinin Planlaşdırma və Ticarət müdirliyinin icraçı direktorunun müavini İmad Mahmud Sultan Azərbaycanda səfərdə olmuşdur. 

2017-ci ilin 3-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən “Tour D”Azerbaijan” veloturunda Küveytin “Kuwait - Cartucho” komandası da iştirak etmişdir. 

2017-ci ilin 5-6 may tarixlərində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi Əli Əl-Yuhanın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Eyni zamanda. Küveyt Dövləti Vəqflər və İslam İşləri üzrə Nazirin Texniki əməkdaşlıq, xarici əlaqələr və həcc üzrə müavinin köməkçisi, BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunda üzv və Küveyt Dövlətinin nümayəndəsi cənab Xuleyf Musib Əl-Azeynə və Vəqlər və İslam İşləri üzrə nazirliyin Xarici əlaqələr idarəsinin rəisi cənab Xalid İsa Əl-Amr Forumda iştirak etmək məqsədilə Bakıya səfər etmişdir.                                                                                                                  

2017-ci ilin  16-17 may tarixlərində Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin Sədri xanım Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın dəvəti ilə “Küveyt Qadınları Günü” münasibətilə “Qadın – bəxş edən, quran” ünvanı altında keçirilən konfransda iştirak etmək məqsədilə Küveyt dövlətində səfərdə olmuşdur.

2017-ci ilin 16 sentyabr tarixində “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak etmək məqsədilə bu müsabiqənin qalibləri arasında olan Küveyt Universitetinin sosial elmlər fakültəsinin iki tələbəsi Ömər Xaled Həbib və Məhəmməd Mahmud Cərrah Azərbaycana səfər etmişlər.

 2018-ci ilin 24-25 aprel tarixlərində Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında baş yaşayış icazəsi idarəsinin rəisi Talal Marafinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Talal Marafi və AR Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında keçirilmiş görüşdə ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılmışdır.   2018-ci  ilin 30 may tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların beşinci Forumunda iştirak etmək məqsədilə Küveyt Universitetinin professoru Dr.Salva əl-Cəssar ölkəmizdə səfərdə olmuşdur.

2018-ci ilin 01 avqust tarixində Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əl-Savvağın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı qonaqlar AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşmüşlər.

2018-ci ilin 19-21 sentyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisin Sədri cənab Oqtay Əsədovun dəvətinə əsasən, Küveyt Millət Məclisinin (Parlament) Sədri cənab Mərzuq Əl-Gənimin rəhbərlik etdiyi nümayəndə heyəti və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının  sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Matuq Azərbaycan Xalq Cümhuriyyəti Parlamnetinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisin keçirilmiş təntənəli iclasında iştirak etmək məqsədilə Respublikamıza səfər etmişlər.

2018-ci ilin 21 sentyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, BMT sədrinin xüsusi müşaviri, eyni zamanda Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Əl-Matuq ilə görüşmüşdür.

2018-ci ilin 26 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Küveyt Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Al Hamad Al Sabah ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətləri və onların perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilmişdir.

2018-ci ilin 25-26 oktyabr tarixlərində VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş Direktoru və idarə heyətinin sədri, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Əl-Dueyc Əs-Sabah, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq ölkəmizdə səfərdə olmuşlar.

2018-ci ilin 26 oktyabr tarixində Əl-Küveyt şəhərində Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT Baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi d-r Abdullah Əl-Mətuqun dəvəti ilə “Effektiv tərəfdaşlıq və humanitar fəaliyyətin yaxşılaşdırılması üçün İnformasiya Paylaşımı” üzrə “Bir insanlıq aclıq əleyhinə” mövzusunda keçirilmiş 8-ci illik Konfransda iştirak etmək məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 23-26 oktyabr tarixlərində Küveyt Dövlətində səfərdə olmuşdur.

 

İqtisadi əməkdaşlıq:

Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdirilməsi səfirliyin əsas fəaliyyət istiqamətlərindən  birini təşkil edir. Azərbaycan Respublikası və Küveyt Dövlətinin iqtisadiyyatının əsasını neft və digər enerji resurslarının istehsalı təşkil etdiyini nəzərə alaraq, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun hesab edilir. Azərbaycanın digər istehsal məhsulları, o cümlədən kənd təsərrüfatı məhsullarının istehlakı üçün Küveyt bazarı münasib hesab edilir.

İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aşağıdakı sənədlər imzalanmışdır:

 

 1.    “Azərbaycan Respublikası ilə Küveytin “Ərəb İqtisadi İnkişaf Fondu” arasında Ələt-Qazıməmməd yüksək sürətli yolunun bərpası üçün kreditin ayrılması haqqında Saziş”: Bakı şəhəri, 15 may 1997-ci il.

  2.   “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.

  3.  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.

 4.“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.

 5.“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişi”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.

 6. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.

 7.“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.

 8. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.

 9. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ikinci iclasının Protokolu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.

 10. “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.

Humanitar sahədə əməkdaşlıq:

Tədbirlər:

16-19 dekabr 2009-cu il Bakıda Küveyt mədəniyyət günləri keçirilmişdir.

17 fevral 2010-cu il Küveytin aparıcı gənclər təşkilatı olan “LoYAC”-ın (Youth Achievement Center) qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilmiş, “Xocalıya Ədalət” kampaniyasının petisiyası imzalanmış və Xocalı qətliamının 18-ci ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi təşkil olunmuşdur.

22 fevral 2010-cu il Əl-Küveyt şəhərində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi Azərbaycan Respulblikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə sərgi və təqdimat təşkil etmişdir.

19-22 fevral 2011-ci il Əl-Küveyt şəhərində “Əl-Məscid Əl-Kəbir” Məscidinin sərgi salonunda Azərbaycanın tarixi, iqtisadiyyatı və mədəniyyəti ilə bağlı sərgi keçirilmişdir. Həmçinin, sərgi salonunda Xocalı qətliamının 19-cu ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi təşkil olunmuşdur.

23-27 fevral 2011-ci il  Əl-Küveyt şəhərində Küveyt Dövlətinin Baş Naziri  Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabahın himayəsi ilə Beynəlxalq sərgi keçirilmişdir. Fevral ayının 23-də Azərbaycan pavilyonunu işgüzar səfərlə Küveyt Dövlətində olan Böyük Britaniyanın sabiq Baş Naziri Con Meycer ziyarət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin 2011-ci ili Azərbaycan Respublikasında “Turizm ili” elan etməsilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yüksək rütbəli rəsmiləri 2011-ci il mart ayının 29-aprel ayının 2-də Əl-Küveyt şəhərində keçirilən Beynəlxalq turizm sərgisində xüsusi ekspozisiya ilə iştirak etmişdir.

9-13 may 2011-ci il Əl-Küveyt şəhərində Azərbaycan mədəniyyət günləri keçirilmişdir.

07 iyul 2011-ci il Əl-Küveyt şəhərində Küveyt-Azərbaycan musiqi gecəsi keçirilmişdir.

20-30 iyul 2011-ci il Küveytli tələbələr arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” inşasının qalibləri Bakıya səfər etmişlər.

10-11 oktyabr 2011-ci il  “I Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək üçün Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

8 may 2012-ci il Əl-Küveyt şəhərində yerləşən “Əhməd Məhəmməd  Əl-Saqqaf” adına orta məktəbdə Azərbaycanla bağlı tədbir keçirilmişdir.

17 - 19 may 2012-ci il Əl-Küveyt şəhərində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin kişi və qadın komandaları Küveytin Atıcılıq Federasiyasının Prezidenti Şeyx Salman  Əl-Sabahın himayəsi ilə keçirilən Atıcılıq üzrə İlk Beynəlxalq Dostluq Yarışında iştirak etmişlər. İştirakın nəticəsi olaraq, qadınlardan ibarət olan səfirliyin yığması bu yarışda birinci yerə layiq görülmüşdür.

03-06 oktyabr 2012-ci il  “II Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək üçün Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.

“20.01.1990-Azərbaycanda qanlı yanvar faciəsi” adlı jurnal və disk şəklində sənədli film, “26 fevral 1992-ci il - Xocalı faciəsi” adlı kitab və disk şəklində sənədli film, “Üzeyir Hacıbəyli - 125” adlı kitab Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən hazırlanmış, həmçinin, “AzərTacla” birgə əməkdaşlığı ilə ərəb dilinə tərcümə edilən “Azərbaycan” adlı kitabının nəşri səfirlik tərəfindən nəzərdə tutulur.

Avqust 2012-ci il Küveytin tanınmış şairəsi Suad Əl-Sabahın “Məni Günəşə Apar” şeirlər kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilmiş və nəşr etdirilmişdir.

27-30 noyabr 2012-ci il Bakı şəhərində Küveyt mədəniyyət günləri keçirilmişdir.

17-22 fevral 2013-cü il Əl-Küveyt şəhərində Azərbaycan mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günləri ərzində Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 95 illik yubileyi əlaqədar keçirilən silsilə tədbirləri çərçivəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin iki konserti təşkil olunmuşdur. 

7 mart 2013-cü il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və “Küveyt-Azəri” Ticarət Müəssisəsinin təşkilatçılığı ilə 147 nəfər atçılıq idmanı nümayəndəsinin iştirakı ilə Küveyt Dövlətində ilk dəfə olaraq, “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev – 90” turniri keçirilmişdir.

11-19 mart 2013-cü il Bakı şəhərində keçirilmiş Beynəlxalq Muğam Festivalında on beş nəfərdən ibarət Küveyt musiqiçi və ekspertlərinin iştirakı Səfirliyimiz tərəfindən təmin edilmişdir.

23-26 aprel  2013-cü il Bakı şəhərində keçirilmiş “İslam Dünyası Gənclərinin Klassik Musiqi İfaçılarının Müsabiqə-Festivalı”nda Küveyt nümayəndə heyəti iştirak etmişdir.

23-24 aprel 2013-cü il Bakı şəhərində keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İslam Konfransının II toplantısında Küveyt Dövlətinin Əmək Naziri xanım Zikra Əl-Raşidinin iştirak etmişdir.

25-29 aprel 2013-cü il Əl-Küveyt şəhərində keçirilmiş I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında  Azərbaycan Atıcılıq Federasiyasının Vitse-prezidenti Rasim Rzayevin rəhbərliyi ilə ölkəmizin yığma komandası iştirak etmişdir.

10 may 2013-cü il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Küveytin cıdır meydanında at yarışı keçirilmişdir.

27 may 2013-cü il Küveytin atıcılıq klubunda Ukrayna, Serbiya, Özbəkistan, Rusiya, Azərbaycan Səfirlik və diaspor üzvlərinin iştirakı ilə atıcılıq müsabiqəsi keçirilmişdir.

23-25 sentyabr 2013-cü il Bakı şəhərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nda Küveyt nümayəndə heyətinin iştirakı Səfirliyimiz tərəfindən təmin edilmişdir.

31 oktyabr- 01 noyabr 2013-cü il Bakı şəhərində keçirilmiş “III Bakı Beynəlxalq Humanitar Forumu”nda Küveytin “İslam Əsərləri” Fondunun Baş Direktoru və Küveytin son dərəcə nüfuzlu ictimai-siyasi xadimi Şeyxə Hussah Sabah Əl-Salem Əl-Sabah iştirak etmişdir.

15-16 dekabr 2013-cü il tarixlərində Əl-Küveyt şəhərində yerləşən “Harward School” orta məktəbində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş Sərgi keçirilmişdir.

3-7 dekabr 2013-cü il ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri  xanım H.Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA)   Əl-Küveyt şəhərində keçirilən 6-cı toplantısında iştirak etmək üçün Küveyt Dövlətində səfərdə olmuşdur.

2014-cü ilin yanvar ayının  15-də Əl-Küveyt şəhərində BMT və Küveyt Dövlətinin təşkilatçılığı ilə “Suriya Xalqına Dəstəyə Dair Donor Ölkələrinin İkinci Beynəlxalq  Konfransı” keçirilmişdir. Konfransda Azərbaycanı Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım üzrə İdarənin (Agentlik) rəisi Əşrəf Şıxəliyev  və Səfir Tural  Rzayev təmsil etmişdir.

2014-cü il aprel ayının 24-26 tarixlərində Bakı şəhərində keçirilən İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsində Küveyt musiqi ifaçıları iştirak etmiş və Küveyt musiqi ifaçısı Lulu Əl-Şəmlən kiçik yaş qrupunda olan gənclər arasında birinci yeri tutmuşdur.

2014-cü il may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Küveytdə Ulu öndərin xatirəsinə həsr olunmuş stend atıcılığı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Küveytdə yaşayan Azərbaycan, türk, Küveyt vətəndaşları iştirak etmişlər.

2014-cü il may ayının 13-21 tarixlərində Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutu tərəfindən Bakı şəhərində “Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar” mövzusunda təşkil olunan 5-ci ixtisasartırma kursunda Küveyt nümayəndə heyəti də iştirak etmişdir

2014-cü ilin may ayının 19-22 tarixlərində millət vəkili, Azərbaycan-Küveyt  Parlamentlərarası İşçi qrupunun rəhbəri, yazıçı-publisist  Hüseynbala Mirələmov müəllifi olduğu “İlham Əliyev-Bioqrafiya davam edir” kitabının təntənəli təqdimat mərasimində iştirak etmək məqsədilə Küveyt Dövlətinə səfər etmişdir.

2014-cü ilin may ayının 19-22 tarixlərində “İlham Əliyev-Bioqrafiya davam edir” kitabının təntənəli təqdimat mərasimində və “28 May Respublika Günü” münasibətilə keçirilən tədbirdə iştirak etmək məqsədilə Azərbaycan musiqiçiləri-skripkaçı Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanov Küveyt Dövlətində səfərdə olmuşdur.

2014-cü ilin iyul ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, millət vəkili xanım Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülmüşdür.

Fəxri diplom tərəfimizdən Heydər Əliyev Fonduna təqdim edilmişdir.

2014-cü il 15-21 avqust tarixlərində  “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının birgə dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışlarında Küveyt Atıcılıq Federasiyasının təmsilçiləri iştirak etmişdir.

2014-cü il 07-15 sentyabr tarixlərində ADA Universitetində “Xəzər Hövzəsinin Araşdırılması” ilə bağlı keçiriləcək 10 günlük kursda Küveyt Dövləti Xarici İşlər Nazirliyi “Saud Əl-Nasr Əl-Sabah” adına Küveyt Diplomatik İnstitutunun Konsulluq İdarəsinin birinci katibi Məhəmməd İbrahim Əl-Darii iştirak etmişdir.

2014-cü il 12 Sentyabr tarixində Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 20 illik yubileyinə həsr olunmuş beşinci “Baku Open” Beynəlxalq karate turnirində iştirak etmək məqsədilə Küveyt karateçiləri ölkəmizə səfər etmişdir.

2014-cü ilin 5-6 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan  Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Beynəlxalq Teatr konfransında Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası Baş Katibinin müavini Məhəmməd Əl-Acmi iştirak etmişdir.

2014-cü il dekabr ayında Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə səfirliyimiz tərəfindən şairin həyat və yaradıcılığından bəhs edən rəngli və nəfis tərtibatlı kitabça Küveytin məşhur “Əl-Risalə” mətbəə evində çap edilmişdir.

2014-cü il dekabr ayında Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin təşəbbüsü ilə şair Şahin Musaoğlunun “İgid əsgər möhkəm dayan” şerlər kitabı çap edilmişdir.

Səfərlər:

17-21 aprel 2012-ci il Azərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətinə rəsmi səfər etmişdir.

17-23 fevral 2013-cü il Küveyt Dövləti Mədəniyyət və Ədəbiyyat Ali Şurasının Baş Katibi Əli Əl-Yuhanın dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirinin müavini Ə.Vəliyev və “Üzeyir Hacıbəyli” adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti F.Bədəlbəyli işgüzar səfərlə Küveyt Dövlətində olmuşlar.

23-24 aprel 2013-cü il Küveyt Dövlətinin Sosial Məsələlər və Əmək Naziri xanım Zikra Əl-Raşidi Bakı şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İslam Konfransının  II görüşünün işində iştirak etmək üçün Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

31 oktyabr-1 noyabr 2013-cü il III Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək üçün Küveytin “İslam Əsərləri” Fondunun  Baş direktoru Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

3-7 dekabr 2013-cü il Küveyt Dövləti Qadın Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) Əl-Küveyt şəhərində keçirilən VI toplantısının işində iştirak etmək üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım H.Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfərlə Küveyt Dövlətində olmuşdur.

2014-cü il 8 may tarixində Küveyt Dövləti Vəqflər və İslam işləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri Adil Abdullah Əl-Fəlah Azərbaycanda səfərdə olmuşdur.

2014-cü ilin 2-3 oktyabr tarixlərində Bakıda keçirilmiş “IV Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək üçün Küveyt İdeal Ailə və Ana Cəmiyyətinin prezidenti Şeyxə Fariha Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveyt Əlil İdmançılar Cəmiyyətinin Fəxri Prezidenti Şeyxə Şeyxə Əl-Abdulla Əl-Sabahın başçılıq etdiyi böyük nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynova ilə görüşmüş, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaq evini ziyarət etmişdir.

2014-cü il 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”da Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun dəvəti ilə  Küveyt Dövlətinin İnformasiya (eyni zamanda, İdman, Gənclər, Mədəniyyət məsələləri üzrə  Dövlət naziri) naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə 13 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

2014-cü ilin 5-6 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan  Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Beynəlxalq Teatr konfransında Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası Baş Katibinin müavini Məhəmməd Əl-Acmi iştirak etmişdir. Azərbaycana səfəri zamanı M.Əl-Acmini AR Mədənbiyyət və Turizm Naziri Ə.Qarayev qəbul etmişdir. Görüşdə müvafiq qurumlar arasında əməkdaşlıq haqqında fikir mübadilələri aparılmışdır.   

2014-cü il 18-19 noyabr tarixlərində Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyasında Küveyt Dövlətinin Rüşvətxorluğa Qarşı Dövlət Komitəsinin baş direktoru rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2014-cü il 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Direktor müavini Gülşən Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Küveyt Universitetinin Asiya Araşdırmalar Mərkəzi və SAM-ın birgə təşkilatçılığı ilə   "Azərbaycan və Küveyt əlaqələrində birgə məsələlər" mövzulu beynəlxalq konfransda iştirak etmək məqsədilə Küveyt Dövlətində səfərdə olmuşdur.

19-21 fevral 2015-ci il tarixlərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının  sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq Azərbaycan Respublikasına səfər etmişdir.

29 mart-1 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovun rəhbərliyi ilə AR nümayəndə heyəti Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə III Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak etmək üçün Küveyt Dövlətinə səfər etmişdir.

16 aprel 2015-ci il tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda  keçirilən beynəlxalq konfransda Küveytin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlah iştirak etmişdir.

5 may 2015-ci il tarixində Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin baş direktoru Xalid Salah Al-Rayes Azərbaycanda səfərdə olub.

 

18-19 may 2015-ci il tarixlərində Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Küveyt Azərbaycan Parlamentlərarası dostluq qrupunu rəhbəri Saud Əl-Hureyci, Küveyt Xarici İşlər nazirliyinin  Xarici əlaqələr departamentinin direktoru Valid Abduləziz Əl-Ammar və Küveyt Dövləti Vəqflər və İslam İşləri Nazirliyinin xarici əlaqələr və Həcc məsələləri üzrə müavin Xalaf Mutaib Əl-Zainah iştirak etmişdir.  

12 iyun 2015-ci il tarixində Bakı şəhərində keçirilmiş  I Avropa oyunlarının açılış mərasimində Küveyt Dövlətinin İnformasiya naziri, Gənclərlə iş üzrə Dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2016-cı ilin 5-6 aprel tarixlərində AR mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveyt Dövlətinə səfər etmiş, səfər zamanı bu ölkənin İnformasiya Naziri, Gənclər, İdman, Mədəniyyət məsələləri ilə iş üzrə Dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahla görüşmüşdür.

2016-cı ilin 19-21 aprel tarixlərində Küveyt Universitetinin İctimai elmlər fakültəsinin  nəzdində fəaliyyət göstərən Araşdırma və Tədqiqatlar Mərkəzi tərəfindən  “Qadın və Sağlamlıq” mövzusunda  keçirilən VI illik simpoziumda Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi Nərgiz Alıyeva iştirak etmişdir.

2016-cı ilin 4-9 may tarixlərində Azərbaycanda keçirilmiş “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turunda Küveyt idmançıları da iştirak etmişdir.

2016-cı ilin 29 may – 1 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını sədri, millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Dövlətində səfərdə olmuşdur. Səfər zamanı A.Quliyev Küveyt Dövlətinin Ədliyyə, Vəqflər və İslam işləri naziri Yaqub Əs-Sani,  Asiya Müsəlmanları Komitəsi Direktorlar Şurasının (AMKDŞ) sədri Adil Abdulla Əl-Fəlah, Küveyt Dövləti Zəkat Evinin direktoru İbrahim Əl-Saleh, Küveyt Dövləti Vəqf işləri üzrə katibliyin rəhbəri Məhəmməd Əl-Cələhmə  ilə görüşlər keçirilmişdir.  

2016-cı ilin 01-14 sentyabr tarixlərində Bakı şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası və FİDE-nin 87-ci Konfransında 13 nəfərdən ibarət Küveyt nümayəndə heyəti iştirak etmişdir. Olimpiada zamanı Küveytli şahmatçı Amınə Əl-Avadi Ümumdünya Şahmat Olimpiadasında ilk dəfə olaraq beynəlxalq qrossmeyster ləqəbinə layiq görülmüşdür. 

2016-cı ilin 29-30 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda Küveyt Milli Məclisinin üzvü, Küveyt-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Saud Əl-Huraici, Küveytin “Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsi”nin Yardım xidmətləri üzrə baş direktor müavini, təşkilatın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Salem Abdulla Hamadah və Küveyt Dövlət Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı Prof. Hamoud Fəhd Əl-Qaşan iştirak etmişdir.

2016-cı ilin 7 noyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirilən “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransında Küveyt nümayəndə heyəti iştirak edib.  

2016-cı ilin 22-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təmsilçilərindən ibarət 18 nəfərlik nümayəndə heyəti  Küveytdə səfərdə olub.

 

2017-ci ilin 16-17 mart tarixlərində Bakıda keçirilən “5-ci Bakı Qlobal Forumu”nda iştirak etmək üçün Küveyt Millət Məclisinin  (Parlament) üzvü Abdullah Fəhd Əl-Ənəzi ölkəmizdə səfərdə olmuşdur. 

2017-ci ilin 10-12 aprel tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun dəvətinə əsasən, Küveyt Milli Olimpiya Komitəsinin Prezidenti Şeyx Fəhd Cabir Əl-Ali Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt idmançılarının 12-22 may tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi oyunlarında iştirakı ilə bağlı, həmçinin idman sahəsində məsul şəxslərə müştərək maraq kəsb edən məsələləri müzakirə etmək məqsədilə respublikamıza səfər etmişdir.

2017-ci ilin 12 aprel tarixində Bakıda keçirilmiş 4-cü Beynəlxalq “Caspian Energy Forum-2017”-də iştirak etmək üçün Küveyt Neft Şirkətinin Planlaşdırma və Ticarət müdirliyinin icraçı direktorunun müavini İmad Mahmud Sultan Azərbaycanda səfərdə olmuşdur. 

2017-ci ilin 3-7 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən “Tour D”Azerbaijan” veloturunda Küveytin “Kuwait - Cartucho” komandası da iştirak etmişdir.  

2017-ci ilin 5-6 may tarixlərində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi Əli Əl-Yuhanın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Eyni zamanda. Küveyt Dövləti Vəqflər və İslam İşləri üzrə Nazirin Texniki əməkdaşlıq, xarici əlaqələr və həcc üzrə müavinin köməkçisi, BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunda üzv və Küveyt Dövlətinin nümayəndəsi cənab Xuleyf Musib Əl-Azeynə və Vəqlər və İslam İşləri üzrə nazirliyin Xarici əlaqələr idarəsinin rəisi cənab Xalid İsa Əl-Amr Forumda iştirak etmək məqsədilə Bakıya səfər etmişdir. 

2017-ci ilin 09-14 dekabr tarixlərində Küveyt İncəsənət Cəmiyyəti tərəfindən Əl-Küveyt şəhərində keçirilmiş rəsm qalereyasında azərbaycanlı rəssam Adil Yusifov iştirak etmişdir.

 

2017-ci ilin may ayında “Silk Way West Airlines” şirkəti Küveytə özünün Baş Satış Menecerini təyin etmişdir.

 

2018-ci ilin 14 fevral tarixində Əl-Küveyt şəhərində Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Caber Əl-Sabahın rəhbərliyi altında “İraqın yenidən qurulması üzrə keçirilmiş beynəlxalq konfrans”ın açılış mərasimində Küveyt XIN-in dəvətinə əsasən Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Elxan Qəhrəman iştirak etmişdir.

2018-ci ilin 07 mart tarixində Səfir Elxan Qəhrəman Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi Əli Əl-Yuha ilə görüşmüşdür. Görüşdə əsas məqsəd iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılması və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konsertinin Küveytdə  keçirilməsi imkanlarının araşdırılması məsələləri olmuşdur.

2018-ci ilin 15 mart tarixində Səfirliyin təşəbbüsü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Elxan Qəhrəman və Ərəb turizm təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi arasında Səfirlikdə keçirilmiş görüş zamanı Xalid Əl-Vəsmi özünün ilk dəfə “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” hazırladığı banneri Səfirliyə təqdim etmişdir. Küveytli ekspertlər Azərbaycanın interaktiv xəritəsinin ölkənin ən mühüm turistik məkanlarını, ticarət mərkəzlərini, kafe və restoranları özündə əks etdirdyini bildirərək, xəritənin üzərində əks olunan barkodun mobil telefonun kamerası və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu bildirmişlər. Həmçinin görüş çərçivəsində qarşı tərəfə Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verilmiş və iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır.

2018-ci ilin 11 aprel tarixində “Q8 pulse Əl-Küveyt” 88.8-FM radiostansiyasının baş icraçı direktoru Talal Sunayan Əl-Yaqut Azərbaycanın turizmi ilə bağlı radiostansiyanın müvafiq verilişinin ölkəmizdən birbaşa yayımlamaq məqsədilə Respublikamıza səfər etmiş və Azərbaycanın turizminə dair radiostansiyaları vasitəsilə birbaşa veriliş yayımlamışdır.

2018-ci ilin 25 aprel tarixində Küveyt Dövlətinin ən nüfuzlu ali məktəblərindən biri olan Küveyt Universitetində Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi keçirilmişdir. 10-dan çox səfirliyin iştirak etdiyi bu sərgiyə səfirliyimiz də qatılmışdır. Sərgidə iştirak edən səfirliklərə ölkələri haqqında materialların (kitab, buklet, broşür, bədii və sənədli filmlər, aksesuarlar, suvenirlər, milli geyimlər, milli mətbəxin yeməkləri və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılmışdır. Ölkəmiz üçün ayrılmış masa və stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Cümhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Respublikamızın, mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə suvenir, milli geyimlər, Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, barədə sənədli film, həmçinin “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” nümayiş etdirilmişdir.

2018-ci  ilin 13 may tarixində Küveyt Dövlətinin “Əbdulhüseyn Əbdülrıda” teatrında Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkərlərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilmişdir. Konsert proqramında Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Toqfiq Quliyev, Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, habelə tanınmış Qərb bəstəkarlarının əsərləri ifa olunmuşdur.

2018-ci ilin 14 may tarixində Küveytin “Marina” mehmanxanasının  “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında 28 may – Respublika günü / Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yübileyi münasibətilə keçirilmiş rəsmi qəbul çərçivəsində Səfirliyimizin dəstəyi ilə Beynəlxalq – Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Təşkilat (OİSCA-International) tərəfindən hazırlanmış, Azərbaycanın turizm və idman ölkəsi kimi böyük potensialını əks etdirən “Azərbaycanı kəşf et” adlı videoçarxın ərəb dilində təqdimat mərasimi keçirilmişdir. “OİSCA-International” təşkilatın Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli rəhbərlik etdiyi təşkilat tərəfindən Respublikamızın turizm və idman potensialını özündə əks etdirən “Azərbaycanı kəşf et” adlı videoçarxın ərəb dilində hazırlandığını qeyd edərək, Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları, idman və digər sahələrdə əldə etdiyi nailiyyətləri barədə məlumat vermişdir.

Parlamentlərarası əməkdaşlıq

28 may 1995-ci il  Küveyt Millət Məclisi Küveyt və Azərbaycan parlamentləri arasında 4 nəfərdən ibarət “Dostluq Qrupu”nun yaradılması haqqında qərar qəbul etmiş, 1997-ci ilin 06 may tarixində isə Küveyt Milli Məclisinin Sədri Şəridah Əl-Muşərci Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinə məktub göndərərək, Əhməd Məhəmməd Nassarın sədrliyi ilə 6 nəfərdən ibarət yeni Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılması haqqında qərarın qəbul edilməsi barədə məlumat vermişdir.

20-22 sentyabr 1995-ci il Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin dəvətinə əsasən Küveyt Dövləti Millət Məclisinin Sədr müavini Saleh Yusif Əl-Fədallahın başcılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. 

1996-cı ilin may ayı Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin başcılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətində rəsmi səfərdə olmuş, Küveyt Dövlətinin Əmiri, Millət Məclisinin Sədri və Baş nazirin birinci müavini, Xarici İşlər Naziri ilə görüşlər keçirmişdir.

2001-ci ilin 26-28 sentyabr tarixlərində Küveyt Milli Məclisində yaradılmış Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Azərbaycanda səfərdə olmuş, Respublika rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş, hər iki tərəfi maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

21-24 sentyabr 2005-ci il “Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu”nun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin dəvətinə əsasən Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Küveyt nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Xarici İşlər Naziri və İqtisadi İnkişaf Naziri ilə görüşlər keçirmişdir. 

21-24 oktyabr 2007-ci il Küveyt-Azərbaycan Parlamentlərarası dostluq qrupunun Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçirilmişdir.

17-21 aprel 2010-cu il Küveyt Dövləti Millət Məclisinin qadın deputatlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri xanım B.Muradovanın dəvəti ilə Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

12-15 iyun 2010-cu il millət vəkili Ə.Abdullayevin başcılıq etdiyi Azərbaycan - Küveyt Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Küveyt Dövləti Millət Məclisinin dəvəti ilə Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur.

17-19 oktyabr 2011-ci il Azərbaycan Respublikası Milli Məclisinin dəvətinə əsasən, Küveyt Parlamenti Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Vəlid Əl-Təbtabayinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

15-17 may 2013-cü il Azərbaycan Respublikası Milli Məclisinin dəvətinə əsasən, Küveyt Dövləti Millət Məclisi Dostluq qrupları Komitəsi  (DQK)-nin sədr müavini, DQK-da Azərbaycan qrupunun rəhbəri, eyni zamanda, Parlamentin İnsan Haqları komissiyasının ən fəal üzvlərindən biri Mübarək Saleh Əl-Nəcədə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Mübarək Saleh Əl-Nəcədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov tərəfindən qəbul edilmişdir.

2014-cü ilin may ayının 19-22 tarixlərində millət vəkili, Azərbaycan-Küveyt  Parlamentlərarası İşçi qrupunun rəhbəri, yazıçı-publisist Hüseynbala Mirələmov müəllifi olduğu “İlham Əliyev-Bioqrafiya davam edir” kitabının təntənəli təqdimat mərasimində iştirak etmək məqsədilə Küveyt Dövlətində səfəri çərçivəsində Küveyt Dövləti Millət Məclisinin (Parlament) deputatı, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Saud Naşmi Əl-Harici ilə görüşmüşdür. Görüş zamanı parlamentlərarası münasibətlər müzakirə olunmuşdur. 

30 aprel-2 may 2015-ci il tarixlərində Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupu Saud Əl-Hureycinin rəhbərliyi ilə Azərbaycan Respublikasına səfər etmişdir.

18-19 may 2015-ci il tarixlərində Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Küveyt Azərbaycan Parlamentlərarası dostluq qrupunu rəhbəri Saud Əl-Hureyci iştirak etmişdir.  

2018-ci ilin 19-21 sentyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisin Sədri cənab Oqtay Əsədovun dəvətinə əsasən, Küveyt Millət Məclisinin (Parlament) Sədri cənab Mərzuq Əl-Gənimin rəhbərlik etdiyi nümayəndə heyəti və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının  sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Matuq Azərbaycan Xalq Cümhuriyyəti Parlamnetinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisin keçirilmiş təntənəli iclasında iştirak etmək məqsədilə Respublikamıza səfər etmişlər.

 

Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi  

1. Hüseynbala Fazil oğlu Mirələmov - qrupun rəhbəri

2. Elmira Hüseyn qızı Axundova

3. Nizami Qulu oğlu Cəfərov

4. Flora Qasım qızı Qasımova

5. Fuad Rauf oğlu Muradov

6. Rövşən Şükür oğlu Rzayev

Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi

 

1. Doktor Valid Musaed Tabatabai             - Dostluq qrupunun sədri

2. Cənab Xalid Məhəmməd Əl-Uteybi         - üzv

3. Cənab Xələf Dumeysir Əl-Anezi             - üzv

4. Cənab Məhəmməd Hayif Əl-Muteyri       - üzv