VVAQ məsələləri

Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının konsulu tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının konsulu aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

  • doğum aktının;
     
  • nikah aktının;
     
  • övladlığa götürmə aktının;
     
  • nikahın pozulması aktının;
     
  • atalığın müəyyən edilməsi aktının;
     
  • adın, ata adının və soyadın dəyişdirilməsi aktının;
     
  • ölüm aktının.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının konsulluğuna uşağın doğulduğu gündən ən geci 3 ay ərzində verilməlidir. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi və pasportları);

2. valideynlərin nikah haqqında şəhadətnaməsi;

3. valideynlərin doğum haqqında şəhadətnamələri;

4. valideynlərin konsul dairəsində yaşayış yeri üzrə qeydiyyatları barədə sənədlər;

5. uşağa şəhadətnamə verilməsinə dair valideynlərin birgə ərizəsi (uşağın adının və soyadının göstərildiyi şəkildə);

6. doğum faktını, vaxtını və konsulluq dairəsindəki yerini təsdiq edən tibb müəssisəsindən arayış