2017-12-29
“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə bayram tədbiri

30 dekabr 2017-ci il tarixində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə paytaxt Əl-Küveyt şəhərinin möhtəşəm mehmanxanalardan biri olan "Costa Del Sol"-da  bayram tədbiri keçirilmişdir.

Öncə, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunmuşdur. Daha sonra, tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Tədbirin sonunda bayram ziyafəti verilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər