Ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
  • Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd;
  • Hər iki valideynin Ərizə-razılığı. 

15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

Qeyd: Ümumvətəndaş pasportları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən çap olunduqdan sonra  Azərbaycan Respublikası Xarici İşlər Nazirlyinin Konsulluq idarəsinə təhvil verilir.  Daha sonra ümumvətəndaş pasportları müvafiq səfirliklərə çatdırılır.