Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi üçün tələb olunan sənədlər:

Əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi hüquqi şəxsin dəvət etməsi

        üçün tələb olunan sənədlər:

 

  1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin tərtib edilmiş vəsatəti (nümunəsi əlavə olunur) (2 nüsxədə).
  2. Hüquqi şəxs tərəfindən tərtib edilmiş məktub. Məktub Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanır.Məktubda vizanın məqsədinin (işgüzar, əmək,elm və ya təsil, müalicə, humanitar, mədəniyyət və idman), dəvətin müddətinin (işgüzar məqsədi 180 günədək, mədəniyyət və idman məqsədi 60 günədək, digər məqsədlər isə 90 günədək müəyyən edilə bilər),vizanın giriş sayının (birdəfəlik və ya çoxdəfəlik), əcnəbini və ya vətəndaşlığı olmayan şəxsin viza üçün müraciət edəcək diplomatik nümayəndəliyin qeyd olunması zəruridir.
  3. Hüquqi şəxsin hüquqi sənədlərinin surəti (qeydiyyat şəhadətnaməsi “VÖEN”, reyesterdən çıxarış).
  4. Dəvət olunan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun surəti.
  5. Dəvətnamə üçün dövlət rüsumunun (4 manat) ödənilməsi barədə qəbz.
  6. Hüquqi şəxsin adından sənədlərin təqdim edilməsinə dair etibarnamə.