2016-03-21
Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman təyin olunmağı barədə etimadnaməni Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim etmişdir.

21 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Küveyt Dövlətinə təyin olunmağı barədə etimadnaməni Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabaha təqdim etmişdir.

Təqdimetmə mərasimində fəxri qarovul düzüldü, Azərbaycan Respublikasının Dövlət bayrağı yüksəldildi və Dövlət himni səsləndirildi.

Daha sonra, Səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşdü və etimadnaməni Əmirə təqdim etdi. Rəsmi mərasimdən sonra keçirilmiş söhbət zamanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi. Əmir Şeyx Sabah Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud səmimi münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən Əmir Şeyx Sabah Əl-Əhmədə və dost Küveyt xalqına ünvanladığı salamları və xoş arzuları çatdırdı. Bundan əlavə, Respublikamızın Küveytdə səfiri təyin olunmağı ilə əlaqədar qürur hissi keçirdiyini, bu şərəfli vəzifənin üzərinə qoyduğu məsuliyyəti qeyd edərək, Azərbaycan-Küveyt münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün var qüvvəsini sərf edəcəyini vurğuladı.

Əmir Şeyx Sabah Əl-Əhməd Azərbaycan Respublikasının ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu bildirdi. Əlahəzrət Əmir Azərbaycanla əlaqələrin inkişafını alqışladığını və bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu vurğuladı. Əmir Şeyx Sabah Əl-Əhməd cənab İlham Əliyevə xoş arzularına görə səmimi minnətdarlığını ifadə etdi və öz növbəsində möhtərəm Prezidentə salamlarının və bütün Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş etdi.

növbəti xəbər əvvəlki xəbər