2016-07-04
Əl-Cəridə" qəzetinin 04 iyul 2016-cı il tarixli buraxılışında "Azərbaycanda Ramazan bayramı...

Küveytdə geniş oxucu auditoriyasına malik, ərəb dilində gündəlik nəşr olunan “Əl-Cəridə” qəzetinin 04 iyul 2016-cı il tarixli buraxılışında “Azərbaycanda Ramazan bayramı... Acları doydurmaq və yaxınları ziyarət etmək” başlığında məqalə dərc edilmişdir. Respublikamızın turizm sektorunun Küveytdə tanıdılması məqsədilə may ayının 26-30 tarixlərində ölkəmizdə səfərdə olan “Əl-Cəridə” qəzetinin müxbiri Adil Sami tərəfindən yazılmış məqalədə Qafqaz regionun cənubunda yerləşən Azərbaycan Respublikasının da digər islam ölkələri kimi “Mübarək Ramazan Bayramı”nın geniş şəkildə qeyd olunduğu bildirilmişdir. Məqalədə qeyd olunur ki, Azərbaycanda Ramazan bayramı bir çox islam ölkələrində qeyd olunan bayramdan fərqlənir. Belə ki, müsəlmanlar bayram namazını qılmaq üçün məscidlərə yollanır, bayram xütbəsi oxunur, namazdan sonra isə insanlar bir-birlərini qarşılıqlı təbrik edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayram münasibətilə xalqı, xüsusilə də müsəlmanları təbrik edir. Daha sonra insanlar öz yaxınlarını təbrik etmək məqsədilə bir-birlərinin evlərinə gedir, həmçinin, rəhmətə getmiş qohumlarının, övliyaların məzarlarını ziyarət edir onların ruhuna dualar oxunur. Məzarları ziyarət etmədən öncə xanımlar Azərbaycan mətbəxinə xas olan xüsusi şirniyyatlar, halva və çörək bişirir, məzarların ziyarəti zamanı orda olan digər insanlar arasında paylanılır. Eyni zamanda insanlar bayram günlərində qohumları ilə yanaşı qonşularını və kasıbları da ziyarət edirlər.

Məqalədə qeyd olunur ki, bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarına əsasən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar qeyri rəsmi iş günü bir gündən iki günə dəyişdirilmişdir.

Məqalədə Respublikamızın tarixindən qədim adət ənənələrindən, rəsmi dilinin Azərbaycan dili, dinin isə islam dini olmasından bəhs edilmişdir. Həmçinin Azərbaycanda müxtəlif dinlərə mənsub xalqların yaşadığı qeyd olunmuş, ölkənin tolerant bir ölkə olduğu oxucuların diqqətinə çatdırılmışdır. Azərbaycanın islam ölkələri ilə əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunmuş, siyasətinə və şücaətinə görə dünyada tanınmış Əl-Əyyubi ailəsindən olan Nur Əl-Din Zinki və s. kimi bir çox  görkəmli şəxslər və qəhrəmanların vətəninin Azərbaycan olduğu bildirilmişdir. 

http://www.aljarida.com/articles/1467556481104336100/

növbəti xəbər əvvəlki xəbər