2017-05-10
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə anım mərasimi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə 10 may tarixində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Küveytin siyasi, ictimai xadimlərinin, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin, Küveyt-Türk məktəbinin müəllim heyətinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ulu öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.  

Səfir Elxan Qəhrəman anım mərasimində çıxış edərək, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrünün və bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Ulu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açaraq və müasir Azərbaycanın da Heydər Əliyevin şah əsəri olduğu vurğuladı. Eyni zamanda, SSRİ dağıldıqdan sonra ulu öndərin Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsindən, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs etdi.

Daha sonra Səfir Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi və siyasi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırdı və bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyini vurğuladı.

Bununla yanaşı, səfirliyimizdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa etdilər.

Ulu öndərin həyat və fəaliyyətinə dair məlumatlar Küveyt gəncləri arasında geniş istifadə olunan sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) yerləşdirilmişdir.

Eyni zamanda Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetinin 10 may tarixli buraxılışında Səfir Elxan Qəhrəmanın Ulu öndərin həyat və fəaliyyətinə dair geniş müsahibəsi dərc edilmişdir.

 

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=744318&date=10052017

növbəti xəbər əvvəlki xəbər