2018-02-27
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Küveyt KİV-də məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Küveytin elektron media birliyinin idarə heyətinin sədri Feysəl Xəlifə Əl-Savvağ bəyanat vermişdir (Əl-Savvağ: “Xocalı- dünya ictimaiyyətinin vicdanını qanadan faciədən 26 il ötür). Bəyanatda o, bu cinayətin tarixə və dünyanın vicdanına həkk olunacağını və zaman keçsə də silinməyəcəyini, Xocalı soyqırımının 20-ci əsrdə ən ağır faciələrdən biri olduğunu, həmin faciəni törədənlərin cəzalandırılmasının və hesaba çəkilməsinin vacib olduğunu, tarixdə onların qətlə yetirənlər, darma-dağın edənlər, xarabaya çevirənlər və qeyri-humanist insanlar kimi xatırlanacağını bildirmişdir. Əl-Savvağ tarixdə ən çirkin qətl hadisələrindən və əzab əziyyətlərindən birinə məruz qalan bir xalqın problemi ilə əlaqədar qərarların qəbul olunması üçün diplomatik və media vasitələrinin səylərinin davam etdiriləcəyinin vacib olduğunu, habelə Küveyt Əmirinin humanist və ədalətli rəhbərliyi ilə Küveytin problemlərlə üzləşmiş xalqların hüquqlarının qorunması və ədalətli mövqelərinin dəstəklənməsi istiqamətində səylər göstərdiyini bildirmişdir.

Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik  “Əl-Nahar” qəzetinin 21 fevral tarixli sayında “Səfir Qəhrəman Küveytin regional və beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirir” vəƏl-Cəridə” qəzetinin 23 fevral tarixli sayında “Azərbaycan Səfirliyi Xocalı Soyqırımının 26-cı ildönümünün Küveyt tərəfindən dəstəyini yüksək qiymətləndirir” başlıqları altında məqalələr dərc edilmişdir. Məqalələrdə Azərbaycan Respublikasının 20-ci əsrdə Azərbaycan tarixində ən ağır faciələrdən biri olan Xocalı Soyqırımının 26-cı ildönümünü yad etdiyi qeyd olunaraq, Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin fevral ayının 26-da Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt etdiyi və orada xalqımıza qarşı soyqırım törədildiyi, habelə Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların köməkçilərinin insan haqlarının kobud pozduğunu, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına məhəl qoymadıqları bildirilmişdir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 70 ailənin tamamilə yox edildiyi, 25 uşağın hər iki valideyni, 130 uşağın valideynlərindən birinin öldürüldüyü, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı qeyd edilmişdir. Xocalı qətliamının özünün xüsusi amansızlıq, qurban sayının çoxluğu və silsilə qətl əməliyyatları kimi ağır cinayətləri ilə bəşəriyyətə qarşı törədildiyi, Xocalı soyqırımından sonra beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən bu soyqırımın yalnız Azərbaycan xalqına qarşı törədildiyi deyil bütövlükdə bəşəriyyətə qarşı törədildiyi qeyd edilmişdir.

İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər birliyinin İndoneziyanın Balimbatj şəhərində keçirilən iclasında Təşkilatının Parlament Birliyi tərəfindən Xocalı Soyqırımının qəbul edildiyi, o cümlədən iclas zamanı İƏT üzv dövlətlərinin parlamentlərindən erməni silahlı birləşmələri tərəfindən 26 fevral tarixində həyata keçirilmiş soyqırımı tanımağa və üzv dövlətlərdən bu barədə hesabat tələb edildiyi bildirilmişdir.

Həmçinin dost Küveyt Dövlətinin Ermənistanın işğal və təcavüzünü daim pislədiyi, eyni zamanda BMT, İƏT tərəfindən Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzünü və işğal olunmuş  Azərbaycan ərazilərinin azad olunmasını tələb edən və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul olunmasında qardaş mövqe nümayiş etdirdiyi qeyd olunaraq, Azərbaycan Hökuməti və xalqının Azərbaycan xalqı üçün bu mühüm və insani məsələdə Küveytin qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi oxucuların diqqətinə çatdırılmışdır.

Xocalının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğu, orada milladdan əvvəl XIV-XII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrinin mövcuduğu barədə məlumat verilmişdir.

Küveytin “Əl-Rasid” və “Dəsmən”, elektron qəzetlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Səfirliyin press-relizi dərc olunmuş, həmçinin pres-reliz Küveytin “Fox news”, “Mustaqbal news”, “Kuwait now”, “Əl-Rəy əl-Əxbəriyyə”, “Kəyfən”, “Vaqt news”, “Əl-Yəum əl-Səbia”, “Əl-Məsər”, “Zəvəyə”, “Arab Times” və “DNN news” elektron qəzetlərin rəsmi twitter səhifələrində paylaşılmışdır.

  

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

http://www.annaharkw.com/annahar/Article.aspx?id=785461

http://www.aljarida.com/articles/1519390887705297400/

http://www.alrasedkw.com/news/62264/سفاره-جمهوريه-اذربيجان-في-دوله-الكويت.html

https://www.dasmannews.com/2018/02/سفارة-جمهورية-أذربيجان-في-دولة-الكويت/

http://www.dasmannews.com/2018/02/الصواغ-خوجالي-26-عاما-على-مأساة-ادمت-ضمي/

növbəti xəbər əvvəlki xəbər