2018-03-28
“Novruz - yaz fəslinin gəlişi bayramı” və “Dillər Mərkəzinin tələbələri Azərbaycanın təsis olunmasının 100 illiyi və Novruz bayramı şənliklərinə qatıldılar” sərlövhəli məqalələr

Küveyt Universitetinin geniş oxucu auiditoriyasına malik həftəlik dərc olunan Afaq qəzetində “Novruz - yaz fəslinin gəlişi bayramı” və “Dillər Mərkəzinin tələbələri Azərbaycanın təsis olunmasının 100 illiyi və Novruz bayramı şənliklərinə qatıldılar” sərlövhəli məqalələr dərc olunmuşdur.

Azərbaycan Demokratik Respublikasının təsis olunmasının 100 illik yubileyi təbdirləri çərçivəsində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin dəstəyi ilə Küveyt Dövlət Universitetinin Dillər Mərkəzində təşkil olunan Novruz bayramı şənliyində Novruz bayramının tarixi, bu bayramın yaz fəslinin ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramı olduğu bildirilmiş, həmin bayramın Azərbaycan xalqı tərəfindən xüsusi təntənə ilə qeyd olunduğu vurğulanmışdır.

Daha sonra məqalələrdə Novruz bayramının tarixindən, mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz bayramının insanlar arasında birliyin, mehribanlığın möhkəmlındirilməsi və mərhəmət simvolu olduğu qeyd edilmiş və onun Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi ilə sıx bağlı olduğu öz əksini tapmışdır.

Sonda iştirakçılara Novruz bayramına məxsus şirniyyatlar təqdim olunmuş və tələbələr arasında Novruz bayramına xas olan oyunlar keçirilmişdir.

Küveytin geniş oxucu kütləsinə malik “The Kuwait Times” qəzetində “Novruz - Yeni il bayramı” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə Novruz bayramının tarixi, hansı ölkələrdə təntənəli şəkildə qeyd olunduğu və adət-ənənələri barədə oxuculara geniş məlumat təqdim olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər