2018-05-11
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü ilə bağlı məqalələr

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik  “Əl-Cəridə” qəzetinin 04 may 2018-ci il tarixli buraxılışında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü” başlığında Səfir Elxan Qəhrəmanın müsahibəsi, “Əl-Nahar” qəzetinin 09 may tarixli buraxılışında “Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsi yad edilir” başlığında məqalə və “Al-Dasman news” elektron qəzetin 10 may tarixli buraxılışında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-illik yübileyi münasibətilə Səfirliyin press-relizi dərc edilmişdir.

Müsahibə və məqalələrdə, bu il Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd edildiyi bildirilmiş, ulu öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, SSRİ süquta uğradıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, Azərbaycanın ərəb və islam ölkələri ilə əlaqələrin qurulması,  Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilmişdir. Həmçinin, ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyevin mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilmişdir.

Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurları, dövlət quruculuğu sahəsində Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi  tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat vermişdir.

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurduğu, ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verdiyi bildirilmişdir. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyinin böhran və məhv olmaq təhlükəsi qarşısında qaldığı, ölkənin vətəndaş müharibəsi və parçalanma həddinə gətirildiyi, belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladığı vurğulanmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, öncə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə  iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanmışdır.

Məqalələrdə Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adıyla bağlı olduğu, ümummilli liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər Sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanmışdır.

Heydər Əliyevin xatirəsinə “Heydər Əliyev Fondu”nun yaradıldığı və Fondun prezidentinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva olduğu bildirilərək, Fondun Mehriban xanımın rəhbərliyi altında Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə genişmiqyaslı proqram və layihələrin reallaşmasında, Azərbaycan mədəniyyətinin geniş təbliğində, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində, habelə təhsil, səhiyyə, mədəniyyət, və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi qeyd olunmuşdur.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi                                                                                                  

Əl-Küveyt şəhəri

http://www.aljarida.com/articles/1525365371197042900/

https://www.dasmannews.com/2018/05/%D8%A8%D9%8A%D8%A7%D9%86-%D8%B5%D8%AD%D9%81%D9%8A-%D9%84%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D9%84%D8%AF%D9%89/

 

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=795731&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=11052018

növbəti xəbər əvvəlki xəbər