2020-01-13
Səfir Elxan Qəhrəmanın “Kaspi” qəzetinə müsahibəsi, 13.01.2020

Səfir Elxan Qəhrəmanın Azərbaycanda nəşr olunan “Kaspi” qəzetinin 11 yanvar tarixli sayında rus dilində “Новый Кувейт“ (Yeni Küveyt)  başlıqlı müsahibəsi dərc olunmuşdur.

Müsahibətə Səfir Küveyt Dövlətinin Körfəz regionunda və dünyadakı rolu, Azərbaycan xalqı ilə ərəb xalqları arasında tarixi-mədəni bağların əlaqələrimizin inkişafına təsiri, Azərbaycan-Küveyt münasibətlərinin hazırkı vəziyyəti və gələcək  perspektivləri, iki dövlətin beynəlxalq arenada və ikitərəfli səviyyədə bir-birinə göstərdikləri dəstək və birgə layihələri, iqtisadi, siyasi, humanitar-mədəni sahələrdə həyata keçirilən tədbirlər və qarşıda duran məqsədlər, xüsusilə 2016-ci ildən başlayaraq Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza tətbiq edildikdən sonra ölkəmizə gələn turistlərin sayının böyük miqdarda artması, iki ölkənin paytaxtları arasında intensiv hava uçuşlarının həyata keçirilməsi, Azərbaycan diasporasının Küveytdə fəaliyyəti kimi məsələlər barədə oxuculara məlumat vermişdir.    

Qeyd olunan müsahibənin əsli ilə aşağıdakı ünvandan tanış ola bilərsiniz:

http://www.kaspiy.az/news.php?id=117939#.XhxGtP4zbIU

növbəti xəbər əvvəlki xəbər