2015-05-25
28 May Respublika Günü” münasibətilə tədbirlər
Küveytin yüksək tirajla gündəlik ərəb dilində nəşr edilən nüfuzlu və böyük oxucu kütləsinə malik “Əl-Ray” qəzetinin 25 may və “Əl-Nahar” qəzetinin 27 may 2015-ci il tarixli buraxılışlarında “28 May Respublika Günü” münasibətilə Səfir Tural Rzayevin geniş məqaləsi nəşr edilmişdir.

Məqalədə Azərbaycan Demokratik Respublikasının 97 il öncə 1918-ci ildə Rusiya imperatorluğunun süqutundan sonra 28 may tarixində  müsəlman şərqində ilk parlamentli Respublika elan edildiyi, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğu bildirilmiş, lakin cəmi 23 ay 28 aprel 1920-ci ilədək yaşadığı qeyd olunmuşdur. Eyni zamanda məqalədə, 20-ci əsrdə Respublikamızın başına gətirilən müsibətlərdən, ərazi iddialarından, kommunist inqilablarından bəhs olunmuşdur. Lakin bütün bu müsibətlərə baxmayaraq Azərbaycan Respublikasının şərqdə ilk parlament respublikasının olduğu bildirilmiş, hətta ilk dəfə Azərbaycan qadınlarına parlamentdə seçib seçilmək hüququ verildiyi qeyd olunmuşdur.

Qeyd olunanlarla yanaşı məqalədə Azərbaycan Respublikasının Sovet İttifaqı süquta uğradıqdan sonra 1991-ci ildə yenidən öz müstəqilliyini elan etdiyi vurğulanmış, həmin dövrdə ölkədə bir sıra problemlərin meydana gədiyi, siyasi-iqtisadi iğtişaşların baş verdiyi və Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddiaları, sonda isə Ermənistan Dövləti tərəfindən 20 faiz ərazilərimizin işğalı, bu işğal nəticəsində 20 mindən çox mülki vətəndaşın qətlə yetirildiyi, bir çox müqəddəs yerlərin, məscidlərin tarixi abidələrin dağıdıldığı bildirilmişdir.

Həmçinin məqalədə, belə bir dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi, öncə Ermənistan və Azərbaycan arasında gedən müharibənin dayandırılması məqsədilə atəşkəsin əldə olunması üçün müvafiq razılaşmanın əldə olunduğu, sonra isə qısa bir zamanda ölkədə  iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin öz əksini tapdığı vurğulanmışdır. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev  siyasi kursunu layiqincə davam etdirdiyi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində 2003-2015-ci illər ərzində Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, ölkəmizin sosial - iqtisadi inkişafında əvəzsiz rolu, Azərbaycanı regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, Respublikamızda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz xidmətlərindən bəhs edilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt şəhəri

 
növbəti xəbər əvvəlki xəbər