2015-05-31
Əl-Qabas” qəzetində məqalə
Küveytin yüksək tirajla gündəlik ərəb dilində nəşr edilən nüfuzlu və böyük oxucu kütləsinə malik “Əl-Qabas” qəzetinin 31 may 2015-ci il tarixli buraxılışında Küveytli yazar xanım İqbal Əl-Əhmədin “Küveyt və Azərbaycan arasında oxşar istiqamətlər” başlıqlı  məqaləsi nəşr edilmişdir. Məqalənin qeyri-rəsmi tərcüməsini diqqətinizə təqdim edir və kütləvi informasiya vasitələrində yayılmasında yardımçı olmağınızı xahiş edirik.

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt şəhəri

 

Qeyri-rəsmi tərcümə

“Azərbaycan və Küveyt arasında oxşar istiqamətlər”

Əl-Qabas qəzeti

(31 May 2015-ci il)

 

1991-ci il hər iki xalqın həyatında dönüş nöqtəsi olmuşdur. Onlardan birində yaşayıram.  Digərini isə həyatımda ilk dəfə ziyarət edirəm. Hər ikisinin arasında böyük fərq olduğunu görürəm.

Küveyt 1991-ci ildə işğaldan azad edildi. Bu çirkin işğal hər şeyi və hər kəsi yandırdı. Neft quyuları yandırıldığı zaman biz çox şey itirdik, sərvətlərimiz qəsb edildi, xalqımızın isə söz azadlığı əlindən alındı. Bütün dünya birləşdikdən sonra işğalçılar zorla qovuldu.

Artıq Küveyt xalqı, insani, mənəvi, maddi olaraq çox şey itirmişdir. İşğaldan sonra Küvet və küveytlilər hər şeyi sıfırdan başlamalı oldular. 

Azərbaycan uzun illər Sovet İttifaqının əsarəti altında olmuş bir dövlətdir. Neftlə zəngin olan bu dövlət 1991-ci ildə öz müstəqilliyini elan etdi. Xalq öz istiqlaliyyəti üçün mübarizə apardı və bizim kimi sıfırdan başladı.

Hər iki ölkə 1991-ci ildən başlayaraq inkişaf mərhələsinə qədəm qoydu,  Azərbaycanda insan haqları  inkişaf etməyə başladı və tikinti sahəsində böyük nailiyyətlər əldə olundu. Qısa bir müddətdə inanılmayacaq inkişafın şahidi olduq.

Mən və mənimlə Azərbaycana gedənlər özümüzü orada quruluş və inkişaf baxımından  daha çox Avropa ölkəsində hiss edir və bütün bunları bir ölkədə görəcəyimizə inanmırdıq. 

Bu ölkədə neftdən gələn gəlirlər düzgün istiqamətləndirilmiş və bütün sahələrdə həyata keçirilən layihələrin nailiyyət qazanmasına səbəb olmuşdur. Ölkə yüksək sıçrayışla inkişaf etmişdir. 

Kədərlə deməliyəm ki, biz Küveytdə çox təəssüf ki, bəşəri və tikinti sahələrində istifadə edə biləcəyimiz çox fürsətləri əldən vermişik. İllər keçmişdir, biz artıq 2015-ci ilin ortasındayıq. Neftimizin qiyməti gündən-günə düşür, büdcə gəlirlərimiz azalır.

Mən yalnız yerin üstündəki nailiyyətlərdən danışmıram. Həmçinin, işğal səbəbi ilə  öz xüsusiyyətlərini itirmiş, davranışını dəyişmiş, əvvəllər ona xas olmayan ictimai xəstəliklərə düçar olmuş  Küveyt insanının daxili aləmindən danışıram. Həmin xəstəliklərin təfsilatına toxunmayacağıq. Onları sadalamaq üçün deyil, müalicə olunmasına cəhd göstərməyimizə ehtiyac duyulur

Mən əminəm ki, ölkəm yenidən dirçələcək, yenidən inkişafa qədəm qoyacaq, zamanla yarışma fiti verildikdən sonra damarlarında qan yenidən qüvvətlə axacaq. 

 

İqbal Əhməd

 
növbəti xəbər əvvəlki xəbər