2015-11-24
Küveyt KİV-də Bakı şəhərində keçirilən İSESKO 12-ci Baş Konfransı və 35-ci iclası barədə

Bildiririk ki, Küveyt kütləvi informasiya vasitələrinin 24 noyabr tarixli buraxılışlarında hazırda ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci Baş Konfransı və 35-ci iclası barədə geniş məlumatlar dərc olunmuşdur. Konfransda iştirak edən Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Əhməd Əl-Enezinin Küveytin “KUNA” xəbərlər agentliyinə verdiyi məlumatda, konfrans iştirakçılarına yüksək qonaqpərvərliyin göstərildiyi, iclasın yüksək səviyyədə keçirildiyi bildirilmişdir. Eyni zamanda o, iclasda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacağı, İSESKO-nun ötən üç il üçün fəaliyyətinə dair Baş Direktorun hazırladığı hesabatın müzakirə olunacağı və qarşıdakı 2016-2018-ci illər üçün fəaliyyət planının təsdiqlənəcəyi barədə məlumat vermişdir.

Eyni zamanda bildiririk ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) 12-ci Baş Konfransı və 35-ci iclası barədə Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl-Siyəsə”, “Əl-Ənbə” və “Əl-Qabas” qəzetlərində də məlumatlar nəşr edilmişdir.  

Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Əhməd Əl-Enezi ilə yanaşı Konfransda Təhsil və Ali təhsil nazirinin müavini Haitham Saleh Aalathar da iştirak edir.  

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi     

Əl-Küveyt şəhəri

növbəti xəbər əvvəlki xəbər