2015-12-13
Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Küveyt KİV-də nəşr olunmuş məqalələr

Küveytdə gündəlik ərəb dilində yüksək tirajla nəşr edilən, nüfuzlu və böyük oxucu auditoriyasına malik “Əl-Ənbə”, ”Əl-Sabah” və “Əl-Nahar” qəzetlərinin 13 dekabr tarixli buraxılışında Səfir Tural Rzayevin 2015-ci il dekabr ayının 12-də Səfirlik tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı keçirilmiş anım mərasimi və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən müsahibəsi və məqalələr nəşr olunmuşdur.

“Əl-Nahar” qəzetində “Heydər Əliyev – Azərbaycanın Ümummilli Lideri” başlığı altında nəşr edilmiş müsahibədə SSRİ dağıldıqdan sonra dünya miqyaslı dövlət xadiminin ölkədə insan hüquqları, enerji və s. sahələrdə həyata keçirdiyi demokratik islahatlar sayəsində Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən söz açılmışdır.

Müsahibədə həmçinin, Ulu Öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açılmış, müasir Azərbaycanın da Heydər Əliyevin şah əsəri olduğunu vurğulamış, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu siyasi kursun layiqincə davam etdirdiyi qeyd olunmuşdur.

“Əl-Ənbə” qəzetində “Azərbaycan Səfirliyi Heydər Əliyevin xatirəsinin 12-ci il dönümü qeyd edir” başlığı altında nəşr olunmuş məqalədə Ulu Öndərin keçdiyi zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edilmiş, onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyması diqqətə çatdırılmışdır.

 “Əl-Sabah” qəzetində ”Azərbaycan Səfirliyi Ümummilli Lider Heydər Əliyevin xatirəsinin 12-ci ildönümünü qeyd edir” başlıqlı məqalədə də ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə də oxuculara ətraflı məlumat verilmişdir.

http://annaharkw.com/annahar/Article.aspx?id=615957

http://www.alanba.com.kw/absolutenmnew/templates/print-article.aspx?articleid=609481&zoneid=14

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi    

Əl-Küveyt şəhəri

 
növbəti xəbər əvvəlki xəbər