2015-12-12
Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anma mərasimi

Bildiririk ki, 2015-ci il dekabr ayının 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasimdə Səfirliyimizin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri iştirak etmişdir.

Öncə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verdim. Həmçinin təməli Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu barədə tədbir iştirakçılarına geniş məlumat verdim.

Bununla yanaşı, səfirliyimizdə Ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirildi. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa etdilər.

Eyni zamanda bildirmək istərdik ki, Küveyt Dövləti Ədliyyə və Vəqflər Nazirinin müavini Adil Abdulla Əl-Fəllah tərəfindən Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən və ərəb dilində yazılmış “Heydər Əliyev və Milli Dəyərlər” kitabı, həmçinin millət vəkili, yazıçı-publisist Hüseynbala Mirələmovun müəllifi olduğu və səfirliyimiz tərəfindən ərəb dilinə tərcümə olunmuş “İlham Əliyev-Bioqrafiya davam edir” kitabı tədbir iştirakçılarına paylanılmışdır.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi     

Əl-Küveyt şəhəri

 

 

növbəti xəbər əvvəlki xəbər