2015-12-17
Azərbaycan küveytli uşaqların gözü ilə" adlı Beynəlxalq Gün keçirilmişdir.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçirillir. Qeyd olunan tədbirlər çərçivəsində 17 dekabr 2015-ci il tarixində Səfirliyin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə birgə Küveytin "Reborn kids education academy" məktəbində "Azərbaycan küveytli uşaqların gözü ilə" adlı Beynəlxalq Gün keçirilmişdir.

Tədbirdə Azərbaycan haqqında geniş məlumat verilmiş və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyi və Azərbaycanın ənənəvi bayramlarından birinə çevrildiyi qeyd edilmişdir. Bu bayramın dünya azərbaycanlılarının həmrəylik və birliyini nümayiş etdirdiyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət və sevgi hissləri aşıladığı, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında həmrəylik və birliyin yaradılması işində mühüm rol oynadığı qeyd edilmişdir.

İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində dövlət himnimizi səsləndirmiş, eyni zamanda uşaq mahnılarını və Azərbaycanda ən qədim rəqs növlərindən sayılan "Yalli rəqsi"ni ifa etmişlər. 

Bununla yanaşı, qeyd olunan tədbirdə ölkəmizin tarixi və müasir mədəniyyət abidələri, gəzməli, görməli yerləri, tarixi məkanları və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər