2016-02-04
Şəkillərdə... Dünyanın ən gözəl hava limanı
Küveytdə ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik  gündəlik “Al-Kuwaityah” qəzetində “Şəkillərdə......Dünyanın ən gözəlhava limanı” başlığı altında məlumat dərc olunmuşdur. Məlumatda bildirilir ki,  bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan foto-şəkillərə istinadən dünyanın ən gözəl hava limanı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və ölkənin beş hava limanından biri olan “Heydər Əliyev” hava limanıdır. Həmçinin hava limanının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığı bildirilmişdir. Eyni zamanda, məlumatda sosial şəbəkə istifadəçilərinin hava limanının füsunkar gözəlliyə malik olduğundan məmnunluq ifadə etdikləri vurğulanmışdır.  

 

növbəti xəbər əvvəlki xəbər