2016-04-06
Nazir Əbülfəs Qarayevin Küveyt Dövlətinə səfəri çərçivəsində Küveytin "Əl-Kut" televiziya kanalına müsahibəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı açıqlaması.

5-6 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası ilə Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədi ilə Küveyt Dövlətinə səfəri çərçivəsində səfirliyin dəstəyi ilə təşkil olunmuş mətbuat konfransında Ə.Qarayev Küveytin "Əl-Kut" televiziya kanalına müsahibəsində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə aydınlıq gətirmişdir.

 (https://www.youtube.com/watch?v=2MQBhxUWHn4 ).

Nazir müsahibəsində 1994-cü ildə elan olunmasına baxmayaraq, mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində təmas xəttində gərginlik yaşandığını qeyd etmiş və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin də Ermənistan tərəfinin atəşkəsi kəskin şəkildə pozması nəticəsində başladığını və Azərbaycan ordusunun qarşı tərəfi cavab atəşi ilə susdurmağa məcbur olduğunu küveytli dinləyicilərin diqqətinə çatdırmışdır. Nazir BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnaməyə uyğun olaraq, Azərbaycanın problemin sülh və siyasi yollar ilə həlli məsələsi üzrə danışıqların irəliyə doğru aparılmasına tərəfdar oluduğunu vurğulamış və mütəmadi olarq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində silahlı qarşıdurmaların baş verdiyini qeyd etmişdir.

Ə.Qarayev Erməsitan qoşunlarının baş vermiş son hadisələr zamanı Azərbaycan ordusunun nəyə qadir olduğunu anladıqlarını və bundan ibrət aldıqlarını bildirərək, bundan sonra Ermənistan tərəfinin uzun müddət provokasiya törətməyəcəyinə ümid etdiyini açıqlamışdır.

Nazir Azərbaycanın turizm bölgələrinin hadisələrin baş verdiyi yerdərdən uzaq olduğunu diqqətə çatdıraraq, bunun ölkəmizin turizm sektoruna heç bir təsir etməcəcəyini və münaqişənin sülh yolu ilə həllinin daha effektiv olacağına və ölkəmizə daha çox turist axınına səbəb olacağını bəyan etmişdir.

növbəti xəbər əvvəlki xəbər