2016-04-21
Küveyt Universitetinin İctimai elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Araşdırma və Tədqiqatlar Mərkəzində "Qadın və Sağlamlıq" mövzusunda VI illik simpoziumunda ölkəmiz də təmsil olunmuşdur

19-21 aprel 2016-cı il tarixində Küveyt Universitetinin İctimai elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Araşdırma və Tədqiqatlar Mərkəzində "Qadın və Sağlamlıq" mövzusunda VI illik simpozium keçirilmişdir. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşkilatçılığı və yaxından dəstəyi ilə sözügedən tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi Nərgiz Alıyeva təmsil etmişdir.

Reproduktiv sağlamlıq üzrə seminarda tədbir iştirakçılarına Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi nəaliyyətdən, o cümlədən "Əhalinin Reproduktiv Sağlamlığın qorunması üzrə Milli Fəaliiyət Planı"nın icrası, ölkəmizdə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, ailə planlaşdırılması, sellektiv abortlar, qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verilmişdir. "Reproduktiv sağlamlığın qorunması və Ailə Planlaşdırılması" adlı qanun layihəsinin əhatə etdiyi geniş məsələlər və bu layihənin qəbulundan sonra əldə edilə biləcək müsbət məqəmlar toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır.

20 ildən artıq bir müddətdə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və hazırda ölkəmizdə      1 milyondan çox insanın qaçqın və ya məcburi köçkün kimi yaşaması barədə məlumat verilərək, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların sağlamlığna ciddi ziyan vurulduğu xüsusilə qeyd edilmişdir. 

Bununla yanaşı, "Ana və Uşaq Sağlamlığının Qorunması üzrə 2014-2020 Dövlət Proqramı"nın nəticəsi olaraq özünü göstərən müsbət statistik məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

  

 

növbəti xəbər əvvəlki xəbər