2016-05-15
"Əl-Ray " qəzetində məqalə "Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı"

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik  “Əl-Ray ” qəzetinin 13 may 2016-cı il tarixli buraxılışında “Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı” başlığında bir səhifəlik məqalə nəşr edilmişdir. Məqalənin qeyri rəsmi tərcüməsini diqqətinizə təqdim edir və kütləvi informasiya vasitələrində yayılmasında yardımçı olmağınızı xahiş edirik.

“Azərbaycan... Odlar Yurdu, əsrarəngiz gözəllik diyarı”

Xəyallar və ziddiyyətlər, əsrarəngiz gözəllik diyarı olan, dünyanın 11 iqlim qurşağından doqquzunun mövcud olduğu Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etmiş Sovet İttifaqı ölkələrindən biridir və həyatın bütün sahələrində yüksəlmək üçün mübarizə aparan, Avropanın qibləsinə çevrilmək üçün səy göstərən bir diyardır.  Bir çox mədəniyyətləri və dinləri özündə birləşdirən Azərbaycan sözü iki sözün - “Azər - od” və “Peykan - torpaq” birləşməsindən yaranmışdır. Asiya qitəsinin strateji nöqtələrindən biri olan və Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkənin ən qədim zəngin sivilizasiya və tarixə malikdir.

Həmçinin, böyük tarixi və qədim mədəniyyəti özündə birləşdirən ölkə 6 mindən çox tarixi və memarlıq abidələrinə malikdir. Bu ölkə Böyük İpək Yolunun bir hissəsi kimi uzun zamanlar Asiyadan Avropaya ticarət marşrutlarında mühüm rol oynamışdır.

Şəki şəhərində yerləşən Xan Sarayı, Naxçıvanda Mömünə Xatun Türbəsi, ölkənin müxtəlif şəhərlərində tarixi məscidlər, minarələr, şimal sərhədinə müdafiə tarixinə aid körpü və qalalar və bu qədim tarixi abidələrdə unikal əl işlərindən, rəngarəng qrafikalardan istifadə olunubdur.

Heyvan və bitki aləmi

Müəllif Azərbaycanın misli olmayan heyvan və bitki müxtəlifliyindən söz açılaraq bildirilmişdir ki, ölkədə təqribən 4500 bitki növü vardır ki, bu növlərdən əksəriyyəti nadir bitki növləridir və Cənubi Qafqaz regionu ölkələrinin heç birində yoxdur. Azərbaycanın zəngin və müxtəlifliyi ilə seçilən heyvanlar aləmindən söz açmağın vacibliyini qeyd edərək bildirir ki, təbiət elmləri alimlərinin 17-ci əsrdə bu ölkəyə səfəri zamanı 106 növ məməli, 97 növ balıq, 363 növ quş, 10 növ suda-quruda yaşayan və 52 növ sürünənlər barədə qeyd aparılmışdır.

Ətraf mühitin mühafizəsi

Müəllif ölkədə ətraf mühitin mühafizəsi barədə söz açaraq qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ətraf mühitin mühafizəsi üçün qəti tədbirlər həyata keçirib, hökumət tərəfindən xüsusi proqram hazırlanıb, lakin 2001-ci ildən başlayaraq proqramın yüksək səviyyədə həyata keçirilməsi istiqamətində tədbirlər daha da gücləndirilib. 2001-ci ildə ətraf mühitin qorunması məqsədilə dövlət büdcəsindən xüsusi vəsait ayrılaraq 7 böyük qoruq yaradılıb. Bundan sonra turizm Azərbaycan iqtisadiyyatının mühüm bir hissəsinə çevrilib. Ölkə böyük təbii və mədəni turistik məntəqələrə malikdir. Ölkə rəhbərliyi üçün turizm sahəsi prioritet sahələrdən hesab olunur və bu sahəni inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu ölkənin milli strategiyasıdır və bu sahəyə Azərbaycan iqtisadiyyatında daha çox sərmayə yatırılmışdır.

Təhsil

Müəllif Sovetlər dövründə Azərbaycanda təhsil sahəsindən söz açaraq qeyd edir ki, baxmayaraq ki, 20-ci əsrin 20-ci illərində ölkə ərəb əlifbasından latın əlifbasına və 30-cu illərində isə latın əlifbasından kiril əlifbaya keçid edib, 1970-ci illərdə savadsızlıq kişilər və qadınlar arasında 9-49 yaş hədlərində tam aradan qaldırılaraq 100 faizə çatdırılmışdır.  

Müstəqillik əldə etdikdən sonra, Azərbaycanda təhsil sistemində struktur sahədə dəyişikliklər olub, sovetlər dövründə qadağan olunmuş dini təhsil də təhsil sisteminə daxil edilib, yenidən Azərbaycan dilində təhsilə daha çox üstünlük verilib. Azərbaycanlılar Körfəz ərəb ölkələri xalqlarından heç də fərqlənmirlər, onların da yaşayış səviyyəsi yüksək səviyyədədir, əksəriyyətinin lüks avtomobilləri və smartfonları vardır.   

Azərbaycanda təhsil sistemi iki dildə rus və ingilis dillərində tələbələrin özlərinin seçimi ilə həyata keçirilir. İmtahanlardan yüksək faiz toplayan tələbələr dövlət hesabına oxuyur və əlavə təqaüd alır. Ümumilikdə Azərbaycanda 26 universitet vardır ki onlardan da yeddisi özəldir.  

Bakıda təmizlik

Azərbaycanın paytaxtı Bakı şəhəri təmizliyinə və gözəlliyinə görə xüsusi fərqlənir. Küçəni bir tərəfdən o biri tərəfə keçmək istəyənlər onlar üçün ayrılmış piyada xətlərindən istifadə etmirlərsə cərimələr tətbiq edilir. Şəhərdə təmizlik işləri gecə yarısı saat 12-dən başlayaraq səhər saat 5-dək davam edir, lakin parklarda isə bütün gün ərzində növbə ilə təmizlik işləri aparılır. Vətəndaşların ictimai təhlükəsizliyinin qorunması üçün isə hər parkda ən azı bir nəfər təhlükəsizlik əməkdaşı vardır. 

Qəbələ şəhəri

Qəbələ şəhəri gözəl və yaşıl dağlıq sahəsi olan bir şəhərdir, artıq 5 ildir ki, turizm regionu kimi qeydə alınıb, dağların ətəyində yerli əhalidən ibarət olan gözəl bir kənd vardır ki, bu kəndin yaşayış evləri hökumət tərəfindən yenidən təmir edilərək, sahiblərinə verilmişdir.  

Heydər Əliyev Mərkəzi

Dünya şöhrətli iraqlı memar mərhum Zaha Hadidin layihəsi ilə Bakıda inşa edilən müasir memarlığın ən gözəl nümunəsi sayılan Heydər Əliyev Mərkəzi Bakının mədəniyyət mərkəzi olduğunu sübut etdi. Əgər yaponlar Heydər Əliyev Mərkəzinin açılışında iştirak etsəydilər və onun möhtəşəmliyinin yaxından şahidi olsaydılar, 2020-ci ildə keçiriləcək olimpiya oyunları stadionunun həcmini kiçiltməyi düşünməzdilər.

Heydər Əliyev Mərkəzi şəhərin mərkəzində yerləşir və 1000 oturacaqlı müasir texnologiyalarla təchiz olunmuş konfrans və iclas zalları vardır.

Manat, rəsmi valyuta

Ölkənin rəsmi valyutası manat və yaxud yeni manat adlanır və rəsmi valyuta üzərində Azərbaycan mədəniyyətinə aid musiqi alətlərinin və içəri şəhərin xəritəsinin əks olunmuşdur.

Mətbuat

Azərbaycanda  beynəlxalq və yerli xəbərlərin dərc olunduğu “Baku Sun”, “Azeri Times” kimi bir çox ingilis dilli qəzetlər mövcuddur. Eyni zamanda “Az” jurnalı ölkədə yaşayan əcnəbi vətəndaşlar üçün bələdçi  rolunu oynayan jurnallarda vardır. Azərbaycan və rus dillərində dərc edilən yerli və milli qəzetlərdə ölkə daxilində baş verən hadisələr, idman, maliyyə xəbərləri və avtomobil və daşınmaz əmlak haqqında məlumatlar nəşr edilir.

Tarixi abidələr

Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat muzeyi kimi bir çox muzeylərin və tarixi abidələrin, eyni zamanda müxtəlif dillərdə çap olunmuş miniatür kitablar muzeyinin mövcudluğu bu ölkədə mədəni irsin və adət ənənələrin yaxşı şəkildə qorunub saxlanıldığını əks etdirir. 

Qobustandakı tarixi qoruq açıq havada inşa olunmuş bir muzeyə bənzəyir və süxurlar arasındakı yüksəkliklərdə Azərbaycanlı alimlər 1938-ci ildə tunc dövrünə aid olan insan məskənini kəşf etmişlər. Qobustanda insanların qədim yaşayış tərzlərini və əmək fəaliyyətlərini əks etdirən insan, heyvan, ovçuluq və kollektiv əməyə aid 4 minə yaxın qaya üstü rəsmlər mövcuddur.

Eyni zamanda Bakı şəhərində Azərbaycanın qədim adı olan “Odlar Yurdu”nu simvolizə  yanar dağ mövcuddur. Dağa yaxınlaşdıqca yerin alt qatından çıxan qazın alışması nəticəsində havaya yüksələn alov dillərinin qeyri adi mənzərəsinin şahidi olursan.   

http://www.alraimedia.com/ar/article/travel-and-tourism/2016/05/13/679341/nr/nc

növbəti xəbər əvvəlki xəbər