COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikasına giriş qaydaları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 223 nömrəli Qərarı ilə
“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və
hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da və
2021-ci il 28 iyul tarixli 230 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin
uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli
Qərarında edilmiş dəyişikliklərə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
aşağıdakı şərtlərlə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların
reyslərinə qəbul edilməsi həyata keçirilir və hava nəqliyyatı vasitəsilə Azərbaycan
Respublikasına giriş-çıxışına icazə verilir:
- Yaxın qohumu Azərbaycan Respublikasının vətəndaşı (valideynlərindən biri,
bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) olan
sərnişinlər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri,
uşaqları) – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat
ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən
sənəd əsasında;
2. Diplomatik pasport sahibləri;
3. Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəliklərinin və
konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
4. Azərbaycan Respublikasında iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər;
5. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı, əri,
himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına
çatmış sağlamlıq imkanları məhdud uşaqları);
6. Ölkəyə girişinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər;
* müvafiq təsdiqedici sənədlər və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
* 1 yaşınadək uşaqlar üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq
edən sənəd tələb olunmur;