Azərbaycan diasporu haqqında qısa məlumat

Küveytdə Azərbaycan diasporu üzvlərinin sayı təxminən 50 nəfər təşkil edir.  Səfirlik ilə Azərbaycan icması arasında sıx münasibətlər mövcuddur. Küveytdə ölkəmizin həqiqətlərinin Küveyt ictimaiyyətinə olduğu kimi çatdırılması, ümumi fəallığın daha da artırılması yönündə vaxtaşırı görüşlər təşkil edilir, müvafiq tövsiyələr verilir. Diaspor nümayəndələri  səfirlik tərəfindən təşkil edilən müxtəlif tədbirlərə dəvət edilir, mütəmadi olaraq Azərbaycanda gedən ictimai-siyasi proseslər və müxtəlif cari məsələlər barəsində onlara məlumat verilir.

Küveytdə yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ölkədə hər hansı bir problemin yarandığı təqdirdə səfirlik bütün imkanlarından istifadə edərək həmin məsələlərin operativ həllini təmin etməyə çalışır.

Küveyt Dövlətində yaşayan Azərbaycan vətəndaşlarının əksəriyyəti  beynəlxalq və yerli neft, tikinti şirkətlərində, mühəndis və s. kimi sahələrdə fəaliyyət göstərir.

Səfirlik Küveytdəki Azərbaycan diasporunun fəaliyyətinin təşkilatlandırılması və gücləndirilməsi məqsədilə 2011-ci ildə təsis olunmuş “Vətənsevər”  Dostluq Cəmiyyətinin fəaliyyətinin daha da səmərəli olması üçün müxtəlif tədbirlər həyata keçirir. Səfirliyin və "Vətənsevər" Dostluq Cəmiyyətinin birgə əməkdaşlığı ilə hər il 20 yanvar faciəsi, Xocalı soyqırımı, 1918-ci il mart hadisələri, Respublika Günü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının və vəfatının ildönümləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Respublika Günü, Novruz bayramı, təqdimetmə mərasimləri münasibətilə tədbirlər keçirilir.

 

                   

Arxiv üzrə axtarış