2017-10-31

“Əl-Rəy” qəzetində “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” sərlövhəli məqalə

Küveytdə böyük oxucu auditoriyasına malik “Əl-Rəy” qəzetinin 31 oktyabr tarixli buraxılışında “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə Rusiya ərazisinə tranzit keçməməklə Çindən Qərbi Avropaya sərf olunan vaxtın azaldılması məqsədini daşıyan, üç ölkəni- Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttinin cari ilin 30 oktyabr tarixində işə düşdüyü barədə məlumat verilmişdir. Yolun 826 kilometr uzunluğunda olduğu və bu xəttin Bakı, Tiflis və Türkiyənin şimal-şərqində yerləşən Qars şəhərlərini birləşdirdiyi qeyd olunmuşdur.

Qafqaz regionunun neftlə zəngin ölkəsində yerləşən Ələt şəhərində sözügedən dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxış etdiyi və çıxış zamanı bu xəttin Çin ilə Avropa arasında səyahət müddətini azaltmağa kömək edəcəyi, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu bildirdiyi diqqətə çatdırılmışdır.

Həmçinin məqalədə açılş mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin iştirak etdiyi, qatarların Çindən ayrıldıqdan sonra Mərkəzi Asiyada Qazaxıstandan keçəcəkləri və daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropaya keçməkdən öncə yüklərin Xəzər dənizi vasitəsilə Bakıya gəmilər ilə nəql ediləcəkləri qeyd olunmuşdur.

1 milyard ABŞ dolları dəyərində olan bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin və ildə 1 milyon sərnişin daşınmasının nəzərdə tutulduğu  bildirilmişdir..

Avropa İttifaqının bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının qədim İpək Yolu boyu Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addım olduğunun vurğulandığı diqqətə çatdırılmışdır.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

 

Əl-Rəy

 

http://www.alraimedia.com/ar/article/others/2017/10/31/801526/nr/nc

Arxiv üzrə axtarış