2018-03-28

“Əl-Ənbə” və “Əl-Rəy” qazetlərində Səfir Elxan Qəhrəmanın müsahibəsi

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Ənbə” və “Əl-Rəy” qəzetlərinin 28 mart tarixli sayında “Səfir Elxan Qəhrəman: biz ikitərəfli əməkdaşlığımızın daha da gücləndirilməsinə və Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının Küveyt bazarına çıxarılmasına çalışırıq” başlığında Səfir Elxan Qəhrəmanın müsahibəsi dərc edilmişdir.

Küveyt və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının Küveyt bazarına ixrac olunması istiqamətində hər iki dost ölkənin səylər göstərdiyi, ötən il iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana 17000 turistin səfər etdiyi, hazırda birbaşa aviareyslərin həftədə 5 dəfə həyata keçirildiyi, Azərbaycanın küveytli turislər üçün əhəmiyyətli və sevimli bir turistik məkana çevrildiyi, iki ölkə arasında turist axının daha da intensivləşdirilməsi istiqamətində birgə səylər göstərildiyi, 2016-cı il tarixindən etibarən Küveyt vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının 3 iş günü müddətində elektron viza, “ASAN Viza” sistemi vasitəsilə isə 3 saat müddətinə viza almaq imkanında olduğları, viza rüsumlarının 20 ABŞ dolları təşkil etdiyi, Azərbaycan tərəfinin Küveyt şirkətlərinin ölkəmizə investisiya qoymaqda maraqlı olduğu, ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğu qeyd olunmuşdur.

Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-illiyinin qeyd olunduğu, eyni zamanda 1918-ci il mart-aprel aylarında ermənilər tərəfindən Azərbaycanlılara qarşı soyqırımın törədildiyi və Azərbaycan tarixinin qanlı faciələr sırasında bu soyqırımın özünün ağır və dəhşətli nəticələri ilə seçildiyi, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun Küveyt tərəfindən dəstəkləndiyi bildirilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

http://www.alanba.com.kw/newspaper/search.aspx?search=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86

Arxiv üzrə axtarış