2020-03-12

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən artıq koronovirus qlobal pandemiya kimi qəbul edilmişdir.

Belə ki, bu günki tarixə kimi dünyada 124000 insan bu virusa yoluxmuş və 4500 insanın ölümü ilə nəticələnmişdir. Küveyt Dövlətində koronovirusa yoluxanların sayı 72 nəfərə çatmışdır.

Koronovirusla mübarizə çərçivəsində Küveyt Nazirlər Şurasının 11.03.2020-ci il tarixində qəbul etdiyi mühüm qərarlar:

  1. Küveytdən və ya Küveytə ediləcək havayolu səfərləri 13.03.2020-ci il cümə günü gecə yarısı tarixindən etibarən ikinci bir əmr qəbul edilənədək dayandırılacaqdır. Küveytə gələn küveytlilər və birinci dərəcə qohumları istisna təşkil edəcəkdir.
  2. Kafe, restoran və alış-veriş mərkəzləri kimi insanların toplandığı yerlərdə oturulmayacaqdır.
  3. İdman Mərkəzləri ilə Özəl Səhiyyə İnstitutları bağlanacaqdır.
  4. 03.2020-ci il tarixi də daxil olmaqla bütün dövlət idarələri və təşkilatlarında elan edilmiş rəsmi tətil 29.03.2020-ci il tarixinədək qüvvədə olacaqdır.
  5. İslam və Vəqf İşləri Nazirliyi insanların kütləvi toplandığı yerlərdən çəkinmələri üçün vətəndaşlara lazımi xəbərdarlıq və məlumatları verəcəkdir.

Məsələ ilə əlaqədar səfirliyin məsuliyyəti şəxsi konsul Vidadi Həsənovun elaqe nomresi:+96566870617

Arxiv üzrə axtarış