2020-03-20
Vətəndaşların qəbulu və müraciətləri ilə bağlı
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Nazirinin 2020-ci il 16 mart tarixli 1/384 nömrəli məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində vətəndaşların qəbulu ilə bağlı aşağıdakı qaydalar müəyyən edilmişdir:

1. Qəbul otağında vətəndaşların qrup və fərdi şəkildə qəbulları təxirə salınır;

2. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilir, bu məqsədlə vətəndaşlarımız 24 saat müddətində operativ və fasiləsiz fəaliyyət göstərən +96566870617 nömrəli “qaynar mobil xətt”lə əlaqə yarada və ya Səfirliyin əlaqələndirici şəxsi olaraq müəyyən edilmiş konsulun elektron poçt ünvanına (v_hasanov@mfa.gov.az) müraciət edə bilərlər.
növbəti xəbər əvvəlki xəbər