“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 fevral 2024

Küveyt Dövlətinin Əmiri və Baş naziri Prezident İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik ediblər

Bakı, 11 fevral, AZƏRTAC

 

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb.

KUNA-nın digər bir xəbərinə görə, Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da dövlətimizin başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti