Səfir Emil Kərimov Küveyt Dövlətinin elektrik enerjisi, su və bərpa olunan enerji naziri ilə görüşüb
20 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Emil Kərimov Küveyt Dövlətinin elektrik enerjisi, su və bərpa olunan enerji naziri Dr. Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mövcud dostluq münasibətləri, eləcə də enerji, su və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.