Səfir Emil Kərimov Küveyt Dövlətinin gənclər və idman məsələləri üzrə naziri Dr. Tariq Hamad Nasser Al-Jalahma ilə görüşüb
14 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Emil Kərimov Küveyt Dövlətinin gənclər və idman məsələləri üzrə naziri Dr. Tariq Hamad Nasser Al-Jalahma ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mövcud dostluq münasibətləri, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.