Səfir Emil Kərimov Küveyt Dövlətinin neft naziri Tareq Süleyman Əhməd Əl-Roumi ilə görüşüb
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Emil Karimov 11 may 2026-cı il tarixində Küveyt Dövlətinin neft naziri, eyni zamanda Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri cənab Tareq Suleyman Əhməd Əl-Roumi ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, regionda baş verən son hadisələr, eləcə də enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir. Tərəflər neft-qaz sənayesi, enerji təhlükəsizliyi və enerji bazarları üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışlar.