KONSULLUQ QEYDİYYATI

Küveyt Dövlətində daimi, müvəqqəti, təhsil almaq məqsədilə yaşayan, eləcə də Küveytə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyimizin Konsulluq bölmsəsində uçota düşmələri tövsiyyə olunur.

Həmvətənlərimizin Səfirliyin Konsulluq böməsində qeydiyyyatı onlara Küveytdə ehtiyyac yarandıqda müvafiq konsulluq yardımlarının göstərilməsi işini, ölkədə baş verən fövqəladə hallar zamanı onlarla operativ əlaqənin yaradılaraq köməyin göstərilməsini, ölkəmizdə baş verən mühüm hadisələr haqqında həmvətənlərimizin məlumatlandırılması işini asanlaşdırır.

Bundan əlavə vətəndaşlarımızın şəxsiyyətini təsdiq edən sənədlərin itməsi və ya oğurlanması hallarında onlara lazımi hüquqi yardımın göstərilməsinə də imkan verir.

Məlumat üçün bildirirk ki, bəzi hallarda Küveytə gələn vətəndaşlarımız ölkədə uzun müddət olmalarına baxmayaraq konsulluq qeydiyyatına alınmırlar. Nəticə etibarilə onların qarşılaşdığı problemlərin Səfirlik tərəfindən operativ həlli məsələsində ləngimə baş verir. Buna görə də bu ölkədə yaşayan vətəndaşlarımızdan Səfirliyin Konsulluq bölməsində uçota düşmələri bir daha tövsiyyə olunur.

QEYD: Konsulluq qeydiyyatı vətəndaşın üzərində hər hansı bir öhdəlik və yaxud məsuliyyət yaratmır. Azərbaycan Respublikasının İnformasiya əldə etmək haqqında Qanunu və digər normativ hüquqi aktlarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşına münasibətdə şəxsi və ya ailə statusu barədə məlumat, habelə onun qaldığı və ya olduğu yer barəsində məlumat, həmin şəxsin razılığı olmadan digər müraciət edən şəxslərə və ya orqanlara təqdim edilə bilməz.  

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər:

  1. uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma və ya uçot (qeydiyyat) zamanı xarici ölkədə müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş elektron forma.
  2. rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü).
  3. şəxsiyyətini təsdiq edən (ümumvətəndaş pasportun) sənədin surəti.
  4. vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) sənəd.
  5. yaşadığı ölkədə işləməsi barədə rəsmi sənəd (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir).

 

 

Arxiv üzrə axtarış