2015-01-11

Əl-Ray” və “Əl-Qabas” qəzetlərinin 02 noyabr tarixli buraxılışında 01.11.2015-ci il tarixində Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə

Bildiririk ki, Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl-Ray” və “Əl-Qabas” qəzetlərinin 02 noyabr tarixli buraxılışında 01.11.2015-ci il tarixində Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə xəbərlər dərc edilmişdir. Xəbərlərdə 01 noyabr tarixində Azərbaycanda növbəti 5 il üçün keçirilən parlament seçkilərində 13 partiyadan 700 nəfər namizədin 125 yer uğrunda mübarizə apardıqları bildirilmişdir. İştirak edən seçicilərin ilkin məlumatlara əsasən daha çox öz səslərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyi qeyd olunmuşdur. Həmçinin xəbərlərdə Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun sözlərinə əsasən vurğulanmışdır ki, hakim partiya bundan öncəki seçkilərdə parlamentdə 71 deputatla təmsil olunmuşdur və ümid edirlər ki hazırkı seçkilərdə ən azı 70 deputatla təmsil olunacaqdır.

Məlumatlarda parlament seçkilərini müşahidəçi qismində izləyənlərin sözlərinə əsasən, seçkilərin tam demokratik və şəffaf şəkildə keçirildiyi qeyd olunmuşdur. Həmçinin seçicilərin qısa müsahibələri dərc edilmişdir. (58 yaşlı Musa Səttarov: O hakim partiyanın namizədinə səs verdiyini qeyd edir. Buna səbəb kimi isə hazırkı hakimiyyətin sabitliyə və inkişafa zəmanət verdiyini göstərir).

Eyni zamanda xəbərlərdə qeyd olunmuşdur ki, Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra, ölkənin neft və qaz ixracatı artmış, əldə edilən gəlir isə insanların rifahının yüksəldilməsinə, ölkənin inkişafına yönəldilmişdir.  

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi    

Əl-Küveyt şəhəri

 

Arxiv üzrə axtarış