2016-04-17

Səfir Elxan Qəhrəmanın “Əl-Nahar” qəzetinə müsahibəsi

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik olan “Əl-Nahar” qəzetinin 2016-cı ilin 17 aprel tarixli buraxılışında Səfir Elxan Qəhrəmanın “Küveyt Dövlətinin xarici siyasəti balanslaşdırılmış və neytraldır” başlıqlı bir səhifəlik müsahibəsi nəşr edilmişdir.  Müsahibdə iki ölkə arasında əlaqələrin qardaşlıq münasibətləri çərçivəsində inkişaf etdiyi bildirilmiş, beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Küveyt rəhbərliyinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə təşəkkür qeyd olunmuş, iqtisadi, ticarət, mədəniyyət və turizm sahələrində əlaqələr barədə məlumat verilmişdir.

Həmçinin, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hazırkı vəziyyət, BMT-nin münaqişə ilə əlaqədar 4 qətnaməsinə baxmayaraq işğalın hələ də davam etdirilməsi, 1994-cü ildə elan olunmuş atəşkəsin Ermənistan tərəfindən dəfələrlə pozulması, son olaraq isə aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı jurnalistin sualları cavablandırılmışdır. Təmas xəttində baş vermiş hadisələrdə Azərbaycan ordusunun orada yerləşən mülki əhalinin müdafiəsi məqsədilə separatçı qüvvələrin və Ermənistan ordusunun hücumlarının qarşısının layiqincə alındığı və geri oturdulduğu, Dağlıq Qarabağın hərbi yolla işğaldan azad olunmasına ordumuzun qadir olduğu, lakin münaqişənin sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həlinin tərəfdarı olduğumuz küveytli oxucuların diqqətinə çatdırılmışdır. 

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=649438&date=17042016

Arxiv üzrə axtarış