2017-07-04

“Əl-Siyəsə” qəzetində məqalə

Gündəlik ərəb dilində nəşr edilən və ölkədə böyük oxucu kütləsinə malik “Əl-Siyəsə” qəzetində “Azərbaycan Türkiyəni əvəz edərək turizm istiqamətləri üzrə birinci yeri tutur” başlıqlı məqalə nəşr edilmişdir. Məqalədə müəllif bu ilki səyahət mövsümünün bir çox sürprizlərə malik olduğunu vurğulayır  və regionda cərəyan edən siyasi hadisələrin, körfəz ölkələri arasında yaranmış böhranın təsiri, turistlər üçün səyahət xəritəsində yeni yerlərin axtarışına gətirib çıxardığı qeyd olunur.  Bu kimi, və sair məsələlər turistlərin Türkiyə, Bankonq, Malayziya kimi turistik yerlərdən imtina edərək ən öndə gələn yeni istiqamətlərə -  Azərbaycan, Bosniya və Gürcüstana üz tutduqları bildirilir.

 

Turizm sahəsindəki ekspertlərin  və turizm şirkətlərinin məsul şəxslərinin “Əl-Siyəsə” qəzetinə verdikləri açıq müsahibələrində, son dövrlərdə Türkiyənin küvetli turistlərin 30-40 faizini itirdiyi bildirilmişdir.

 

http://al-seyassah.com/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AA%D8%B5%D8%AF%D8%B1

Arxiv üzrə axtarış