2019-05-13

Küveyt KİV-ləri Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə bu ölkədə keçirilən anım mərasimini geniş işıqlandırıb

Küveytin geniş oxucu auditoriyasına malik “Əl-Cəridə”, “Əl-Nahar”, “Əl-Ənbə” qəzetlərində və “Dasmannews” elektron nəşrində ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə bu ölkədə keçirilən anım mərasimi ilə bağlı geniş məqalələr dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, həmin qəzetlərdə yayılan məqalələrdə səfir Elxan Qəhrəmanın Ulu Öndərlə bağlı fikirlərinə istinad edilib.

Yazılarda vurğulanıb ki, dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətlər göstərib. Qeyd olunub ki, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycana sədaqətlə xidmət edib, müdrik və uzaqgörən fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxıb.

Məqalələrdə, həmçinin Küveyt-Azərbaycan münasibətləri yüksək qiymətləndirilib, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin hər iki xalqın milli maraqlarına uyğun olaraq inkişaf etdiyi vurğulanıb.

https://azertag.az/xeber/Kuveyt_KIV_leri_Ulu_Onderin_anadan_olmasinin_96_ci_ildonumu_munasibetile_bu_olkede_kechirilen_anim_merasimini_genis_isiqlandirib-1281531

Arxiv üzrə axtarış