Küveyt Elektron Media Birliyinin sədrindən Azərbaycana dəstək
Küveyt Elektron Media Birliyinin idarə heyətinin sədri Feysəl Əl-Savvağ: Azərbaycan öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün özünü müdafiə etməkdə tam haqlıdır.
Küveyt Dövləti - Küveyt Elektron Media Birliyinin idarə heyətinin sədri Feysəl Əl-Savvağ Ermənilərin Azərbaycana qarşı son təxribat əməllərini pisləmiş və bunun qəbuledilməz olduğunu ifadə etmişdir.
Elektron İnformasiya Birliyinin sədri Feysəl Əl-Savvağ bu təxribat əməllərinin dayandırılmasının və bu xüsusda beynəlxalq ictimaiyyətin qətiyyətli mövqe nümayiş etdirməsinin zəruriliyini vurğulamışdır.
Əl-Savvağ bildirmişdir ki, Azərbaycan özünü müdafiə etməkdə, öz təhlükəsizliyini və suverenliyini qorumaq üçün lazımı tədbirlərin görülməsində, habelə bu təxribat əməllərinin qarşısının alınmasında tam olaraq haqlıdır.
Əl-Savvağ Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hücumun və təxribat əməllərinin qəbuledilməz olduğunu vurğulayaraq, Ermənistan hakimiyyətini ağlını başına toplamağa və eskalasiyaya son qoymağa çağırmışdır.
Əl-Savvağ hesab etmişdir ki, illərdir Azərbaycan ərazilərində işğalçılıq siyasətini davam etdirən Ermənistanın regionda sülh və təhlükəsizliyin təmin olunmasına maneəçilik törədən tərəf olduğu bütün dünyaya indi aydın oldu.
O, BMT-nin Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti məsələyə müdaxilə etməyə, Azərbaycanın öz ərazilərini və suverenliyini müdafiə etmək üçün onun yanında olmağa, habelə qətiyyətli mövqe nümayiş etdirməyə çağırmışdır.