2015-06-11
Küveytin gənclərlə iş üzrə dövlət naziri “Bakı-2015”-in açılış mərasimində iştirak edib
Küveyt Dövlətinin gənclərlə iş üzrə dövlət naziri şeyx Salman Sabah Salem Al-Humoud Al-Sabah birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveytin gənclərlə iş üzrə dövlət nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.