Bakı Avropa oyunlarına hazırdır” məqaləsi
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Tural Rzayevin Küveytin böyük oxucu auditoriyasına malik gündəlik ərəb dilində yüksək tirajla nəşr edilən “Əl-Ray” və “Əl-Nahar” qəzetlərində “Bakı Avropa oyunlarına hazırdır” və “Avropa oyunlarında 253 medal” başlıqlı müsahibələri dərc olunmuşdur.
Müsahibədə “Bakı 2015” Olimpiya oyunlarının bütün qitə üçün çoxsaylı idman yarışlarını özündə birləşdirən, ilk böyük idman tədbiri olacağı qeyd edilmiş, oyunlar 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilməklə, 17 yarış gününü əhatə edəcəyi vurğulanmışdır. Oyunlarda milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançının qüvvəsini sınayacağı və yarışların çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə, 20 idman növü üzrə keçiriləcəyi bildirilmişdir. Həmçinin yarışların 12 idman növü Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacağı, ümumiyyətlə yarışların 18 idman obyektində - yeni inşa edilmiş Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi və Bakı Atıcılıq Mərkəzi, 68000 nəfərlik tamaşaçı tutumuna malik, atletika yarışları, eləcə də oyunların açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunda keçiriləcəyi və yarışlarında ümumilikdə, 253 medal üçün mübarizə aparılacağı vurğulanmışdır.
Azərbaycan Respublikasının
Küveyt Dövlətindəki Səfirliyi
Əl-Küveyt şəhərİ