2016-03-06

Küveyt Dövlət Universiteti ilə təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır.

06 mart 2016-cı il tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Hamoud F.Əl-Qaşan və siyasi elmlər bölməsinin dosenti Sahar B.Al-Ali ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Elxan Qəhrəman arasında tanışlıq görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin ali təhsil ocaqları arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olmuşdur.

Qarşı tərəfə Azərbaycan ali təhsil ocaqları, xüsusilə Azərbaycan Diplomatik Akademiyası barədə ətraflı məlumat verilmiş, təhsil sahəsində əməkdaşlıq məsələləri, habelə Küveyt Dövlət Universiteti ilə səfirlik arasında perspektiv əməkdaşlıq imkanları araşdırılmışdır.

F.Əl-Qaşan rəhbərlik etdiyi təhsil ocağında Azərbaycan mədəniyyət günlərinin, sərgi və festivalların təşkili, habelə tələbələrə Azərbaycanda multikulturalizm mövzusunda mühazirənin oxunması və s. bu kimi tədbirlərin keçirilməsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir.

Arxiv üzrə axtarış