2016-05-24

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində bu ölkənin informasiya nazirliyinin əməkdaşları və Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir.

24 may 2016-cı il tarixində qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveyt Dövləti informasiya nazirliyinin əməkdaşları və Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Elxan Qəhrəman arasında görüş keçirilmişdir.

Görüşdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyinin dəvətinə əsasən, Respublikamızın turizm potensialını Küveyt Dövlətində təbliğ etmək məqsədilə 26-30 may 2016-cı il tarixlərində Küveyt kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 5 nəfərlik jurnalist qrupun ölkəmizə səfəri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Qeyd edək ki, hər iki ölkənin turizm sektorunun və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşılıqlı səfərinin həyata keçirilməsində dair razılıq 2016-cı ilin 5-6 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası ilə Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədi ilə Küveyt Dövlətinə səfəri zamanı keçirilmiş ikitərəfli görüşlərdə əldə olunmuşdur.

Arxiv üzrə axtarış