2016-05-28
Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahdan
Zati-aliləri.
Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, birgə səylərimiz dost ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və səadət, dost ölkənizə və xalqınıza davamlı inkişaf və çiçəklənmə arzu edirəm.
Cənab Prezident, xahiş edirəm yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Küveyt Dövlətinin Əmiri