2016-08-26

Küveytin "Əl-Nahar" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalə dərc olunub

Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qəzetinin 26 avqust 2016-cı il tarixli, 2853-cü sayında və bu qəzetin elektron səhifəsində Azərbaycanın birinci xanımı, “Heydər Əliyev Fondu”nun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın doğum günü münasibətilə geniş məqalə dərc olunmuşdur.

Jurnalist x-m Samira Frimeçe tərəfindən qələmə alınmış məqalədə Mehriban xanım Əliyevanın həyatı, Azərbaycan xalqının Ümummilli liderinin adını daşıyan, “Heydər Əliyev Fondu”nun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, həmçinin Fondun prezidenti, Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunub, saxlanmasında, eyni zamanda dünya səviyyəsində təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə verdiyi önəm barədə ətraflı məlumat verilmişdir.

Bununla yanaşı məqalədə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın Küveyt Dövləti Nazirlər Kabineti yanında Qadın məsələləri Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah tərəfindən Fəxri Diplomla təltif edildiyi də xüsusilə vurğulanmışdır.

 

 

http://www.annaharkw.com/annahar/Article.aspx?id=680837

http://www.annaharkw.com/annahar/Article.aspx?id=680728&date=26082016

 

Arxiv üzrə axtarış