2016-10-18

Azərbaycan Respublikasının Ddövlət Müstəqilliyinin 25-ci ildönümünün bərpası münasibətilə Küveyt KİV-də nəşr edilmiş məlumatlar

Bildiririk ki, Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” və “Əl-Nahar” qəzetlərinin 18 oktyabr tarixli buraxılışlarında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Azərbaycan və müstəqilliyinin 25-ci ildönümü”, “Azərbaycan Səfirliyi: Müstəqilliyin 25 ili ərzində əldə olunmuş bir çox nailiyyətlər” başlıqlarında məqalələr nəşr edilmişdir.

Məqalələrdə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi qeyd olunmuş,  Müsəlman Şərqinin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi bildirilmişdir. Eyni zamanda məqalələrdə, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığı vurğulanmış, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal etməsi qeyd olunmuşdur.

Məqalələrdə, Müstəqilliyin bərpasının ilk illərində yaranmış belə bir çətin zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilmişdir. Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyi, Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasət prioritetlərinin müəyyən edildiyi, Azərbaycanın müasir dünyəvi dövlət kimi öz inkişafına başladığı, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımların atıldığı, beynəlxalq əlaqələrin genişləndiyi, Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu vurğulanmışdır.

Həmçinin məqalələrdə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu qeyd olunmuş, gənclər siyasəti, elm, təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər və s. bir çox məsələlər barədə məlumatlar oxucuların diqqətinə çatdırılmışdır.

Əlavə: 4 vərəqdə

 

http://www.aljarida.com/articles/1476728390067171400/

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=691721

Arxiv üzrə axtarış