2016-12-30

30 dekabr 2016-cı il tarixində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə Küveytdə Səfirlikdə tədbir keçirilmişdir.

30 dekabr 2016-cı il tarixində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Səfirlikdə tədbir keçirilmişdir.

Öncə, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunmuşdur. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Tədbirin sonunda bayram ziyafəti verilmişdir.

 

Arxiv üzrə axtarış