2017-01-21

Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş

2016-cı ilin 16 noyabr tarixində Azərbaycan və Küveyt mülki aviasiya şirkətləri arasında  “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanması artıq öz nəticələrini verməyə başlamışdır.

Əldə olunmuş razılığa əsasən, 2017-ci ilin yanvar ayının 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə  Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq çarter reysləri fəaliyyətə başlamışdır. “Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən növbəti çarter reysləri cari ilin fevral, aprel, iyun, iyul və avqust aylarında bir dəfə olaraq həyata keçiriləcəkdir.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin cari ilin 20 yanvar tarixində Küveytə ilk uçuşu ilə bağlı təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Küveyt mülki aviasiya şirkətinin, “Əl-Kazimi Şirkətlər Qrupu”nun nümayəndələri və Respublikamızın Küveytdəki Səfirliyin əməkdaşları iştirak etmişdir. Açılışda müvəqqəti işlər vəkili Cavid Musayev və “Əl-Kazimi Şirkətlər Qrupu”nun Prezidenti çıxış etmişlər. Çıxışlarda iki ölkə arasında birbaşa təyyarə reyslərinin fəaliyyətə başlamasının nəinki turizm sahəsində eyni zamanda ölkələr arasında iqtisadi sahədə də əlaqələrin inkişafına təkan verəcəyi vurğulanmışdır.  

Eyni zamanda bildiririk ki, Küveytin “Əl-Cəzirə” aviaşirkətinə məxsus təyyarə də cari ilin 20 yanvar tarixində Azərbaycana ilk çarter reysi həyata keçirmişdir. 

 

 

 

 

 

Arxiv üzrə axtarış