2017-06-12

Azərbaycanın Küveytdəki səfirliyi yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib.

 

 

2017-ci ilin 07 iyun tarixində Küveyt kütləvi informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının iştirakı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən mətbuat konfransı keçirilmişdir. Səfir Elxan Qəhrəman mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi ili elan olunması, ölkəmizdə keçirilən IV islam Həmrəyliyi oyunları, Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat vermişdir. Daha sonra kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır. Mətbuat konfransı barədə Küveytdə gündəlik nəşr edilən ərəb dilli qəzetlərdə məlumatlar dərc edilmiş, KTV-2, Əl-Kut televiziya kanallarında respublikamızın turizm imkanlarına dair süjetlər yayımlanmışdır. 

 

Küveyt kütləvi informasiya vasitələrinin,

dövlət və özəl televiziya kanallarının nümayəndələrinin

iştirakı ilə Mətbuat Konfransı

 

07.06.2017 - Küveyt

 

2017-ci il İslam Həmrəyliyi ili:

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdur.

 

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır.

 

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir.

 

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

 

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

 

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi İslam dünyasında həmrəyliyin güclənməsinə böyük töhfə olacaqdır. Bir sıra müsəlman ölkəsində müharibə və münaqişələr davam edir. Təbii ki, belə bir dövrdə Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etməsi, yarışların uğurla keçirilməsi İslam dünyasında həmrəyliyə, sülhə, əmin-amanlığa böyük təkan verəcəkdir. İslam Həmrəyliyi Oyunları sülh, həmrəylik oyunlarıdır və ölkəmiz bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir.

 

12-22 may IV İslam Həmrəyliyi Oyunları:

 

Azərbaycan 2015-ci ildə keçirilən ev sahibliyi etdiyi Avropa oyunlarından sonra, daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. 12-22 may tarixlərində dünyanın 4 qitəsindən 54 müsəlman ölkəsinin idmançılarının iştirakı ilə  IV İslam Həmrəyliyi Oyunları keçirilmiş və  bu oyunlar böyük uğurla başa çatmışdır.  Yarışlara 54 ölkənin 6 minə yaxın atleti qatılmış və 21 idman növündə 269 dəst medal uğrunda mübarizə aparmışdır. 10 gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyünmüş, İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrilmiş, maraqlı və parlaq qələbələrlə yadda qalmışdır. “Bakı-2017”də iştirak edən ölkələr arasında Azərbaycan 75 qızıl medalla birinci olmuşdur.

 

Viza qaydaları:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1 fevral 2016-cı il tarixindən etibarən, Küveyt də daxil olmaqla Körfəz Ərəb Ölkələri ilə yanaşı bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanmışdır.

 

Asan viza:

 

“ASAN Viza” sistemi vasitəsilə verilən elektron vizaların rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 10 yanvar 2017-ci il tarixindən etibarən həyata keçirilir.

 

“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

 

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2677 saylı, 20 fevral 2017-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə “ASAN ödəniş” terminalları vasitəsilə “ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanını yaradılmışdır.

 

Bu xüsusda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər www.evisa.gov.az internet səhifəsinə daxil olduqda, ətraflı məlumatı alaraq, elektron viza üçün müraciət edə bilərlər

 

Ümid edirik ki, Küveyt tərəfi də qarşılıqlı olaraq Azərbaycan vətəndaşları üçün viza bu kimi bir şərait yaradacaqdır.

 

Birbaşa uçuşlar:

2016-cı ilin 16-17 noyabr tarixlərində, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in imzalanmışdır.

2017-ci ilin yanvar ayının 20-dən etibarən “Azərbaycan Hava Yolları”na (AZAL) QSC-ə məxsus təyyarə  Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq xüsusi çarter reysləri həyata keçirməyə başlamışdır. “Əl-Kazimi Şirkətlər Qrupu” ilə razılaşmaya əsasən xüsusi çarter reysləri ilkin olaraq cari ilin yanvar, fevral, aprel aylarında bir dəfə olaraq həyata keçirilmiş, iyun ayının 22-dən başlayaraq isə hər həftənin 4-cü günləri həyata keçiriləcəkdir.

Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti də cari ilin 20 yanvar tarixindən etibarən ilkin olaraq ayda bir dəfə olmaqla birbaşa  çarter reysləri həyata keçirməyə başlamış, iyun ayının 23-dən etibarən isə hər həftənin 1-ci və 4-cü günləri Azərbaycanın paytaxtı Bakı şəhərinə bir başa uçuşlar həyata keçirəcəkdir. 

 

http://alqabas.com/404793/?hilite=%22%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%22

http://www.alraimedia.com/ar/article/local/2017/06/09/771396/nr/kuwait

http://www.alanba.com.kw/ar/kuwait-news/752271/09-06-2017-%D8%B3%D9%81%D9%8A%D8%B1-

http://www.alshahedkw.com/index.php?option=com_content&view=article&id=170633:2017-06-09-19-54-47&catid=31:03&Itemid=419

http://www.aljarida.com/articles/1496938167122831100/

Arxiv üzrə axtarış