2017-07-10

Əl-Sania: Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq

Küveytin Elektron xəbərlər portalının Direktoru və “Əl-Biləd Xəbərlər agentliyinin” baş direktoru Ziyad Sanianın iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralanmasını şiddətli şəkildə pisləyən bəyanatı dərc edilmişdir.

Əl-Sania: Ermənistanın Azərbaycana qarşı təcavüzünü şiddətlə qınayırıq!

Elektron xəbərlər portalının Direktoru və “Əl-Biləd Xəbərlər Agentliyinin” baş redaktoru Ziyad Sania Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində iki nəfərin həlak olması, bir nəfərin ağır yaralanması və mülki obyektlərin dağıdılmasını şiddətli şəkildə pisləmişdir.

Əl-Sania “Əl-Biləd” xəbərlər agentliyinə müsahibəsində bildirmişdir ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmuşdur. 

O,  Ermənistan tərəfindən dost ölkənin təhlükəsizliyin və sabitliyin pozulmasına yönəlmiş təcavüz aktlarını şiddətlə qınadığını vurğulayaraq, dost Azərbaycan Respublikası ilə həmrəyliyini bildirmişdir.

 

http://alblaad.com/news/52710/

Arxiv üzrə axtarış