2017-07-11

Səfir Elxan Qəhrəmanın Ermənistan ordusunun təmas xəttində mülki vətəndaşlara qarşı törətdiyi son vəhşiliklə bağlı müsahibəsi

Iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinazın yaralanması ilə bağlı Səfirliyimiz tərəfindən təcili olaraq müvafiq Nota hazırlanaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı ilə birgə ərəb və ingilis dilində Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinə, həmçinin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.  Eyni zamanda Səfir Elxan Qəhrəmanın Ermənistan ordusunun təmas xəttində mülki vətəndaşlara qarşı törətdiyi son vəhşiliklə bağlı müsahibəsi hazırlanaraq ölkədəki bütün ərəb və ingilisdilli kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Məsələ ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin internet saytında 6 iyul tarixində Səfir E. Qəhrəmanın “Ermənilərin son təxribatçı hücumu Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir”, həmçinin “Əl-Cəridə” qəzetinin 08 tarixli buraxılışında “Azərbaycan Səfiri: Ermənistanın mülki vətəndaşları atəşə tutması beynəlxalq qanunları pozur” başlığında müsahibələri nəşr edilmişdir.  Göstərilənlərlə yanaşı, Küveytin Elektron xəbərlər portalında və “Əl-Biləd Xəbərlər agentliyində də Səfir Elxan Qəhrəmanın məsələ ilə bağlı müsahibəsi nəşr edilmişdir.

Müsahibələrdə Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi qeyd olunmuşdur. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıdığı bildirilmiş, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğu vurğulanmışdır.

Müsahibdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfinin mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atdığı oxucuların diqqətinə çatdırılmış, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğunu Azərbaycan Respublikasının dəfələrlə bəyan etdiyi qeyd olunmuşdur.

Səfir həmçinin qeyd etmişdir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını, işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər. Müsahibənin sonunda səfir yaranmış vəziyyətə görə bütün məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulamışdır.

Əl-Nahar

http://bit.ly/2sK9gzK

 

   http://annaharkw.net/%D8%B3%D9%81%D9%8A%D8%B1-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-

 

Əl-Cəridə

http://www.aljarida.com/articles/1499449607197582200/

 

Əl-Biləd Xəbərlər agentliyi

http://alblaad.com/news/52684/%D8%B3%D9%81%D9%8A%D8%B1-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-

Arxiv üzrə axtarış